Icma.az
close
up
RU
İtaliya Çinin DeepSeek süni intellekti ilə bağlı araşdırmaya başlayıb

İtaliya Çinin DeepSeek süni intellekti ilə bağlı araşdırmaya başlayıb

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatının (GPDP) Çinin süni intellekt proqramı "DeepSeek" ilə bağlı araşdırmaya başladığı və şəxsi məlumatların toplandığı mənbələr haqqında ətraflı məlumat tələb etdiyi açıqlanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, GPDP tərəfindən edilən yazılı açıqlamada, məlumatın "DeepSeek" chatbot xidmətini təqdim edən "Hangzhou DeepSeek Süni İntellekt" və "Beijing DeepSeek Süni İntellekt" şirkətlərindən tələb edildiyi bildirilib.

Açıqlamaya görə, sözügedən Çin süni intellekt tətbiqlərindən hansı şəxsi məlumatların, hansı mənbələrdən, hansı məqsədlə və hansı qanuni şəkildə toplandığını yoxlamaq istənilib. Açıqlamada bu tələbin məqsədinin toplanan məlumatların Çindəki serverlərdə saxlanıb saxlanmadığı və İtaliyada milyonlarla insanın məlumatlarının risk altında ola biləcəyi ifadə edilib.

Bildirilib ki, GPDP sözügedən şirkətlərə şəxsi məlumatları hansı mənbələrdən topladıqlarını aydınlaşdırmaq üçün 20 gün müddət verib. GPDP, 2023-cü ilin mart ayında ABŞ-da yerləşən "OpenAI"nin "ChatGPT" süni intellekt tətbiqi ilə bağlı araşdırmaya başladı və şəxsi məlumatların toplanması qaydalarını pozmaqda şübhəli bilindi və tətbiqə girişi müvəqqəti olaraq dayandırlıb.

"OpenAl" "ChatGPT" istifadəçilərinin məxfiliyini qorumağı və istifadəçi hüquqlarına daha çox diqqət yetirməyi öhdəsinə götürdükdən sonra İtaliya 2023-cü ilin aprelində giriş qadağasını ləğv edib.

Çindəki High-Flyer Capital Management fondu tərəfindən dəstəklənən "DeepSeek" yanvarın 20-də digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli "DeepSeek-R1" modelini təqdim edib.

Tezliklə dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.

Çin şirkətinin ucuz qiymətə süni intellekt modelini bazara çıxarması Qərb şirkətlərinin, xüsusilə ABŞ-ın sektorda hökmranlığı və bu sahədə böyük xərcləmələri ilə bağlı şübhələr yaradıb, eyni zamanda texnologiya ehtiyatları başda olmaqla qlobal bazarlarda satış təzyiqinə səbəb olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri