Icma.az
close
up
RU
İtaliya mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzasına dair fikirlərini geniş işıqlandırıb AZƏRTAC

İtaliya mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzasına dair fikirlərini geniş işıqlandırıb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma, 29 dekabr, AZƏRTAC

İtaliyanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və sonrakı hadisələrlə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayır.

AZƏRTAC-ın məlumatına görə, ANSA, “Aska news”, “La Repubblica”, “il Fatto Quotidiano”, “Sky TG24”, “Lettera 43”, “Rai”, “L`unione Sarda” kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə aldığını və idarəetməni demək olar, itirdiyini vurğuladığı qeyd edilir. Azərbaycan Prezidentinin təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, eyni zamanda, yerdən açılan atəş nəticəsində quyruq hissənin də böyük dərəcədə zədələndiyini bildirdiyi vurğulanır.

Materiallarda Prezident İlham Əliyevin Rusiyanın bəzi dairələrinin ilk üç gün ərzində təyyarə qəzası ilə bağlı cəfəng versiyalar səsləndirdiyini, Rusiya tərəfinin məsələni ört-basdır etmək istədiyini vurğuladığı bildirilir. Eyni zamanda, Azərbaycanın Rusiya tərəfindən öz günahını etiraf etməyi və günahkarları cəzalandırmağı, cinayət məsuliyyətinə cəlb etməyi və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməyi şərt qoyduğu diqqətə çatdırılır.

Həmçinin yazılarda Rusiya Prezidenti Vladimir Putinin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı zamanı baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlıq ifadə etdiyi xatırladılır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see205

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see160

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see137

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri