Türkiyə mətbuatı Azərbaycan Prezidentinin “Əl Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 27 avqust, AZƏRTAC
Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, qəzetləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin mətbuatının diqqətini, xüsusilə Azərbaycan rəhbərinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqelərlə bağlı bəyanatları cəlb edib.
Türkiyənin telekanalları, agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyini çoxmilyonlu auditoriyaya çatdırıb. Azərbaycan liderinin “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” sözləri vurğulanıb.
Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı müsahibəsindən fikirlər təqdim olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















