İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 sentyabr, AZƏRTAC
İtaliya mətbuatı Azərbaycanda idmanın inkişafı və ölkənin beynəlxalq idman arenasında artan rolundan bəhs edən məqalə yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “UniversalNews” portalında dərc edilən “Bakı: idman inkişaf edir – Formula 1 şənbə günü keçirilir, futbol isə Avropada mövqeyini gücləndirir” başlıqlı yazıda Formula 1 və futbolun Azərbaycanın beynəlxalq idman xəritəsində mövqeyinin möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.
Məqalədə qeyd olunub ki, 2026-cı il Azərbaycan Qran-Prisi əvvəlki illərdən fərqli olaraq sentyabrın 26-da – şənbə günü keçiriləcək. Bildirilib ki, 2016-cı ildən Bakı Şəhər Halqasında təşkil olunan Formula 1 yarışı paytaxtın beynəlxalq tanıtımına da töhfə verib.
Yazıda Azərbaycan futbolundakı inkişaf da diqqətə çatdırılıb. “Qarabağ”ın uzun illər UEFA klub turnirlərində ölkəni təmsil etdiyi, “Sabah”ın isə son illərdə sürətli inkişaf yolu keçdiyi vurğulanıb. “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində iştirakı Azərbaycanın klub futbolunda mühüm addım kimi təqdim edilib.
Məqalədə, həmçinin Bakının Formula 1, futbol və digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, şəhərdə idman infrastrukturu və təşkilati imkanların inkişaf etdiyi qeyd olunub.
Yazının sonunda Formula 1 və futbolun Azərbaycanın beynəlxalq idman arenasında tanınmasına töhfə verdiyi, Bakının isə Qafqaz regionunda mühüm idman mərkəzlərindən birinə çevrildiyi bildirilib.
Baxış sayı:159
Bu xəbər 21 Sentyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















