Icma.az
close
up
RU
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayatanın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluq duyduğunu bildirib. Strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–İtaliya münasibətlərindən bəhs edən komitə sədri qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolu var. O, hazırda Azərbaycan ilə İtaliya arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın daha da möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.
İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayata göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Qonaq, ölkələrimiz arasında müxtəlif sahələrdə qurulmuş əlaqələrə toxunaraq, bu əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
İki ölkə arasındakı dostluq münasibətlərinin tarixi və bu günü barədə fikirlərini bölüşən İtaliya parlamentinin üzvləri — deputat Naike Qruppioni, senatorlar Ernesto Rapani və Luici Nave, eləcə də sabiq senator Maria Rizzotti dövlətlərarası münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı dövlətlərarası əlaqələrin inkişafında Azərbaycan və İtaliya xalqları arasında mövcud olan dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb, ortaq dəyərlərin bölüşüldüyü və xalqlarımız arasında qarşılıqlı rəğbətin mövcud olduğu qeyd edilib, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının səmərəli işindən məmnunluq ifadə olunub.
Görüşdə Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Aprel 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri