Icma.az
close
up
RU
Milli Məclisdə İtaliya parlamentinin nümayəndə heyəti ilə

Milli Məclisdə İtaliya parlamentinin nümayəndə heyəti ilə

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qonaqları salamlayaraq onların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib. O, hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolundan söz açıb, əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsindən bəhs edən komitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşıl enerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumat verib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlı niyyətlərindən danışıb.
İtaliya Respublikası Deputatlar Palatasının Ekologiya komitəsinin sədri Mauro Rotelli səmimi qəbul üçün təşəkkür edib, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəs üçün faydalı olacağını söyləyib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Eyvaz Qurbanov, Asif Əsgərov, İtaliya Respublikası Senatının üzvü Nikola İrto, Deputatlar Palatasının üzvü Marko Simiani ölkələrimiz arasındakı ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.
Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid kimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdirilib.
Görüşdən sonra qonaqlar parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri