İtaliya Prezidenti: İsraillə HƏMAS arasında atəşkəsdə beynəlxalq ictimaiyyətin öhdəliyi daha vacibdir AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Roma, 20 yanvar, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella İsraillə HƏMAS arasında sülh razılaşması və girovların azad olunması ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Sercio Mattarella İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsi və ilk girovların azad edilməsi xəbərini böyük məmnunluqla qarşıladığını deyib.
“İndi düşüncəmiz aylarla ağlasığmaz əzablara məruz qalmış Qəzzanın mülki əhalisinə - əsasən də qadınlara və uşaqlara, eyni zamanda, əsirlikdə onların ailələrinin iztirablarına yönəlib. Atəşkəsin mütərəqqi və tam icrasını təmin etmək, zorakılıq spiralına qəti şəkildə son qoymaq üçün şərait yaratmaq və davamlı sülhə aparan siyasi prosesə başlamaqla bağlı beynəlxalq ictimaiyyətin öhdəliyi indi həmişəkindən daha vacibdir. Bu proses yalnız etibarlı təminatlar çərçivəsində iki dövlətli həllin möhkəm dəstəyinə əsaslana bilər. Yetmiş ildən artıqdır ki, əhali üçün iztirablara və dərin qeyri-sabitliyə səbəb olan münaqişəni kökündən həll etmək öhdəliyimizi gücləndirmək indi həmişəkindən daha vacibdir”, - deyə İtaliya Prezidenti qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Yanvar 2025 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















