İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını tam başa çatdırıb.
APA xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işlərində və maddi-texniki təminatın daşınmasında iştirak edən sonuncu italiyalı hərbçilərin sentyabrın 30-da geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı iştirakı başa çatır.
Nazir bildirib ki, bu, İtaliyanın birtərəfli qərarı deyil, Bağdad və tərəfdaş ölkələrlə razılaşdırılmış yeni mərhələnin tərkib hissəsidir. İraq təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıyacaq.
Krosetto əlavə edib ki, İtaliya ilə İraq arasında hərbi iştirakın azalmasına baxmayaraq, əməkdaşlıq, təlim, təcrübə mübadiləsi və potensialın inkişaf etdirilməsi davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















