İtaliya Rusiya milyarderlərinə “qənim kəsilib” 2.5 milyardlıq mülkləri həbs edilib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçılıq müharibəsi başlayandan sonra İtaliya hakimiyyəti rus oliqarxlarının təxminən 2,3 milyard avro (2,64 milyard dollar) dəyərində aktivlərini dondurub.
“AzPolitika” xəbər verir ki, “Reuters”-in yazdığına görə, sonuncu müsadirə faktı iyunun əvvəlində baş verib.
Qeyd olunur ki, İtaliya Avropa İttifaqının Rusiya və onun tərəfdarlarına qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarxların xüsusilə bank hesablarını, dəbdəbəli villalarını, yaxtalarını və avtomobillərini həbs edib. 2023-cü ilin iyun ayının sonuna belə aktivlərin ümumi dəyəri 2,5 milyard dollar təşkil edib.
2024-cü ilin dekabrında İtaliya hakimiyyəti Rusiyanın təxminən 280 milyon avro (321 milyon dollar) dəyərində aktivlərini dondurdu. Agentlik bunun əvvəlki illə müqayisədə 44 milyon avro (50,45 milyon dollar) çox olduğunu vurğulayıb.
Həmçinin iyunun əvvəlində İtaliya vergi polisi İranın Rusiyanın Ukraynaya qarşı müharibəyə hərbi dəstəyini əsas gətirərək Milanda yerləşən “Irital Shipping Lines” İran şirkətinin 1 milyon avrodan (1,15 milyon dollar) çox dəyəri olan iki mülkünü həbs edib.
Xatırladaq ki, İtaliyanın həbs qoyduğu mülklər arasında Kreml təbliğatçısı Vladimir Solovyovun villası da var.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















