Icma.az
close
up
RU
İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir AZƏRTAC

İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Roma, 21 yanvar, AZƏRTAC

İtaliya, Sloveniya və Xorvatiya qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə səylərini gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Sloveniyanın Nova Qoritsa şəhərində üç ölkənin daxili işlər nazirlərinin görüşündə qərar qəbul olunub. Görüşdə ölkələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığının daha da gücləndirilməsi və sərhəddə birgə patrulların təşkili qərara alınıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi deyib ki, üçtərəfli format həm Avropa səviyyəsində, həm də Balkan regionunda ümumi strategiyanı irəli sürməyə imkan verən birləşdirilmiş təşəbbüs və əməkdaşlıq modelidir. Birgə patrulların təşkili Balkan marşrutu boyunca insan alverçiləri və qeyri-qanuni miqrasiya ilə mübarizədə transsərhəd əməkdaşlığını gücləndirəcək.

Avropa Sərhədlərinin Mühafizəsi Agentliyinin (“Frontex”) məlumatına görə, son dövrlərdə Balkan marşrutu üzrə sərhədlərdə qanunsuz girişlər və miqrant axınları əhəmiyyətli dərəcədə azalıb. Buna region ölkələrinin sərhədlərində nəzarəti müvəqqəti bərpası öz təsirini göstərib.

2023-cü ilin oktyabrından bu il yanvarın 15-dək İtaliyanın Sloveniya ilə sərhədində 318 nəfər həbs edilib. Onlardan 160-ı qeyri-qanuni miqrasiyaya köməklik göstərənlərdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri