İtaliya və Böyük Britaniya ABŞ və Ukrayna arasında “körpü” olmağa hazırdır, Meloni
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın baş naziri Giorgia Meloni deyib ki, onun ölkəsi Britaniya ilə birlikdə ABŞ və Ukrayna arasında körpülərin qurulmasında mühüm rol oynaya bilər. O, həmçinin xəbərdarlıq edib ki, Qərbdəki parçalanmalar "hamımızı daha zəif edir". Bu barədə The Telegraph yazır.
Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı xanım Meloni Avropa liderlərini Londonda sülh sammiti üçün bir araya gətirdiyinə görə ona təşəkkür edib.
Onun sözlərinə görə, Böyük Britaniya və İtaliya "bizim nail olmaq istədiyimiz məqsədə - Ukraynada ədalətli və davamlı sülhə nail olmaqda çox koordinasiyalıdırlar".
"Hesab edirəm ki, Qərbdə parçalanma riskindən qaçmağımız çox vacibdir. Və hesab edirəm ki, bu məsələdə Böyük Britaniya və İtaliya körpülərin qurulmasında mühüm rol oynaya bilər. Bölünsək, bu, hamımızı zəiflədəcək", - Meloni vurğulayıb.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















