İtaliyada itkin düşən alpinistlərdən birinin meyiti tapılıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 9 yanvar, AZƏRTAC
İtaliyada Alp dağlarında itkin düşən iki britaniyalı alpinistdən birinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, xilasetmə xidməti alpinistlərdən birinin meyitinin tapıldığını açıqlayıb. Cəsədin hansı alpinistə aid olduğu hələ müəyyən edilməyib.
Digər alpinistin axtarış-xilasetmə əməliyyatının davam etdiyi, əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyi bildirilib.
Xatırladaq ki, britaniyalı alpinistlər yanvarın 1-də Adamello dağlarına qalxdıqdan sonra itkin düşüblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İtaliyada itkin düşən alpinistlərin axtarışı əlverişsiz havaya görə dayandırılıb AZƏRTAC
23 Dekabr 2024 19:00
İtaliyada zəlzələ olub AZƏRTAC
29 Noyabr 2024 09:58
İtaliyada avtomobil satışları azalır AZƏRTAC
03 Yanvar 2025 21:19
İtkin düşən bacıların meyiti tapılıb
31 Yanvar 2025 14:35
İtaliyada səhiyyə işçiləri tətil edirlər AZƏRTAC
21 Noyabr 2024 05:26

