İtaliyada tarixi dönüş: 40 ildən sonra atom enerjisinə qayıdır
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliya Senatı sentyabrın 23-də ölkənin nüvə enerjisinə mümkün qayıdışı üçün hüquqi baza yaradan qanun layihəsini qəti olaraq qəbul edib. Bu qərar İtaliyanın Çernobıl qəzasından sonra atom enerjisindən imtina etməsindən təxminən 40 il sonraya təsadüf edir.
Bizim.Media xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, sənədin lehinə 81 senator səs verib, 51-i əleyhinə olub, 7-si isə bitərəf qalıb.
Qanun layihəsi daha əvvəl Deputatlar Palatası tərəfindən də bəyənilmişdi.
Qəbul edilən qanun birbaşa yeni atom elektrik stansiyalarının tikintisinə icazə vermir. O, sadəcə yeni nəsil reaktorların istifadəsi üçün normativ baza formalaşdırır və hökumətə lisenziyalaşdırma, təhlükəsizlik standartları, radioaktiv tullantıların idarə olunması və gələcək obyektlər üçün yerlərin seçilməsi meyarlarını tənzimləyən qanunaltı aktlar hazırlamaq üçün 12 ay vaxt verir.
Xatırladaq ki, İtaliya 1987-ci ildə Çernobıl AES-də baş vermiş qəzadan qısa müddət sonra keçirilən referendumla atom enerjisindən imtina etmişdi. 2011-ci ildə isə italyan seçicilər Yaponiyanın "Fukusima-1" stansiyasındakı qəzanın fonunda nüvə enerjisinə qayıtmaq planlarını yenidən rədd etmişdilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Sentyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















