İtaliyalı futbolçu yüksək maaş tələb edir
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İtaliyalı yarımmüdafiəçi Nikolo Zanyolo “Udineze”dəki məhsuldar mövsümdən sonra bir sıra klubların maraq dairəsinə düşüb.
QOL.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu uğrunda “Yuventus”, “Komo” və “Milan” klubları mübarizə aparır. Transferin reallaşmasında əsas maneə isə maaş məsələsidir. Belə ki, Zanyolo hazırkı qazancından illik 600-700 min avro daha yüksək məvacib tələb edir.
Məlumata görə, “Yuventus” transferi həyata keçirmək üçün Vasiliye Adjiçin də daxil olacağı mübadilə variantını nəzərdən keçirir. Bununla yanaşı, “Udineze” rəhbərliyi futbolçunu heyətdə saxlamaq niyyətindədir.
Qeyd edək ki, geridə qalan mövsümdə Zanyolo 32 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 20 İyun 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















