Icma.az
close
up
RU
İtkin ailələri üçün müharibə hələ də davam edir, həm də bütün amansızlığı ilə...

İtkin ailələri üçün müharibə hələ də davam edir, həm də bütün amansızlığı ilə...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində “AnewZ” telekanalının Qarabağ müharibəsinə həsr olunmuş yeni sənədli filmini paylaşıb. Beynəlxalq fotojurnalist Reza Deqatinin obyektivi vasitəsilə təqdim olunan ekran əsəri Şuşa, Ağdam və Xocalıdan başlayaraq Brüsselə qədər uzanan müharibənin acı fəsadlarını və itkin düşmüş şəxslərin ailələrinin həqiqət axtarışını əks etdirir. Film ağrılı və bir o qədər də önəmli bir sualı aktuallaşdırır:

“Müharibə həqiqətən nə vaxt bitir – ailələr hələ də cavab axtardığı bir vaxtda onun hekayəsi tamamlana bilərmi?”

İtkin problemi fərdi və ya milli problem deyil, bu, ümümbəşəri, ümuminsani problemdir

Film Azərbaycanın üzləşdiyi itkin problemini, bu problemin bütün mənəvi-psixoloji məhrumiyyətlərini üzə çıxardır, insanları bu barədə yenidən, daha dərindən düşünməyə vadar edir.

Dövlətlər, xalqlar üçün bitən, müqavilə və sazişlərlə nöqtələnən hər hansı müharibənin itkin ailələrin qəlbində, ruhunda, düşüncəsində bəzən illərlə, bəzən isə sonsuza qədər davam etməsi həqiqətən də böyük, sözlə izahiolunmaz bir faciədir. Bu, insan ruhunun müharibədən sonra da savaşın bir parçasına çevrilməsi, onun bütün ağırlığını hər gün, hər saat yenidən yaşaması deməkdir.

İstər “AnewZ” telekanalının nümayiş etdirdiyi film, istərsə də hörmətli Hikmət Hacıyevin bu barədə paylaşımı itkin probleminin ümuminsanı mahiyyətini ortaya qoyur.

Bəli, itkin problemi hər şeydən öncə bu ağrıyla üzləşən ailələrin faciəsidir və  heç kim – hətta məlum faciəni bütün miqyası ilə anlayan insanlar belə bu ağrını həmin ailələr qədər dərindən yaşaya bilməz. Lakin itkin problemi həm də bütün insanlığın faciəsi, bütün insanlığın sınağıdır. Çünki itkin düşən hər bir şəxs bəşəriyyətin bir parçası, onun bir hissəsidir. İnsanlığın buna biganə qalması onun özünün-özünə qarşı laqeydliyi demək olar ki, bu da mənəvi intihardan başqa bir şey deyil.

“Xilas edilən” itkinlər, bitməyən axtarışlar, “sülh içindəki döyüşün” qəhrəmanları...

İtkinlərimizin aqibətinin müəyyən edilməsi, onların ailələrinin intizarına son qoyulması Azərbaycan dövlətinin fəaliyyətində mühüm yer tutan əsas istiqamətərdən biridir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu yöndəki fəaliyyəti yeni status-kvoya uyğun şəkildə daha da güclənib, bir sıra mühüm nəticələrin əldə edilməsini səbəb olub. Təkcə bir faktı qeyd edək ki, 2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb, Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslərdən 273-nün qalıqları ailələrinə təhvil verilib və bu şəxslər xalqımızın milli-dini ənənələrinə uyğu şəkildə ehtiramla dəfn ediliblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlum istiqamətdəki fəaliyyəti bu gün də tam gücü ilə davam edir ki, bu da digər itkin vətəndaşlarımızın aqibətinə aydınlıq gətiriləcəyinə ümidləri artırır.

Bəli, Dövlət Komissiyasının əməkdaşları müharibə dövründə olduğu kimi, bu gün də eyni əzmlə çalışmaqda, sülh şəraitində belə öz mübarizələrini davam etdirməkdədirlər. Onlar dövlətimizin və xalqımızın itkinlərə verdiyi dəyərin, onların taleyinə aydınlıq gətirmək əzminin təmsilçiləridir. Və onların bu mübarizədə əldə etdiyi hər bir uğur sadəcə dövltimizin deyil, bütün insanlığın uğurudur.

İnanırıq ki, axtarışları davam edən itkinlərimizin hamısı gec və ya tez qeyri-müəyyənlik zülmətindən xilas ediləcək, onların hər birinin taleyi sonsuzacan aydınlanacaq, doğmalarının nigaranlığına əbədi son qoyulacaq.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Noyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri