İtkin düşən daha üç hərbçinin şəxsiyyəti müəyyənləşdirildi Açıqlama + FOTO
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha üç şəhidin şəxsiyyəti müəyyənləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.
R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.


Daha üç hərbçinin şəxsiyyəti müəyyən olunub FOTO
05 Fevral 2025 12:34
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO
02 İyul 2025 17:21
Hökümənin ölümü təsdiqləndi Şəxsiyyəti müəyyənləşdirildi
26 Dekabr 2024 11:12
İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO
19 İyun 2025 10:06
Daha üç itkin şəhidin şəxsiyyəti müəyyənləşib Dövlət Komissiyası məlumat yayıb
17 Aprel 2025 12:35

