İtkin düşən hərbçi Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub FOTO
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Allahverdiyev Teymur Qüdrət oğlu ilə vida mərasimi keçirilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Neftçala rayonunun Qaçaqkənd kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbçilər iştirak ediblər.
Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 31 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















