İtkin düşən üzgüçünün anası Türkiyədə məhkəmə iddiası qaldırmaq niyyətindədirlər
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bosfor boğazında üzgüçülük yarışı zamanı itkin düşən rusiyalı Nikolay Sveçnikovun anası Qalina Sveçnikova bildirib ki, ailə üzvləri Türkiyədə məhkəməyə müraciət edərək kompensasiya tələb edəcəklər.
İdman.biz TASS-a istinadən xəbər verir ki, hazırda vəkil iddianın hazırlanması ilə məşğuldur.
Sveçnikova bildirib ki, kompensasiya tələb edəcəklər. O, hələlik bütün detalları açıqlaya bilmədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 24-də Türkiyə Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq üzgüçülük yarışı zamanı 29 yaşlı Sveçnikov 3000 iştirakçı arasında finişə çata bilməyən yeganə üzgüçü olub.
Rusiyalının axtarışlarına beş kater, sahil mühafizəsinin vertolyotu, həmçinin dalğıclar və hidrolokator cəlb olunub. Lakin hələ də əməliyyat heç bir nəticə verməyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















