Icma.az
close
up
RU
İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı hesabat: işğaldan azad edilmiş ərazilərdə 23 kütləvi məzalıq tapılıb, artacağı gözlənilir

İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı hesabat: işğaldan azad edilmiş ərazilərdə 23 kütləvi məzalıq tapılıb, artacağı gözlənilir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 10-da Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri, İşçi qrupunun əməkdaşları, Beynəlxalq Komissiyanın yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak edib.

Çıxışlarda bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın vətəndaşımız itkin düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətləndirilməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirib.

Ötən dövr də Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılıb - ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilib, DNT profilləri çıxarılıb. İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevralından etibarən aparılmış qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib. Həmin məzarlıqlarda itkin düşmüş soydaşlarımıza aid olan insan qalıqları aşkarlanaraq götürülüb.

Xüsusilə qeyd olunub ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Münaqişə dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının insanların zorakı itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin mütəmadi olaraq pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, onların məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi və qəsdən məhv edilməsi kimi ağır cinayətlərin törədildiyi nəzərə alınaraq, bundan sonra da bu cür məzarlıqların sayının artacağı gözlənilir.

Sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger çıxış edib.

Daha sonra Beynəlxalq Komissiya tərəfindən 2023-cü ildə ölkəmizdə həyata keçirilmiş qiymətləndirmə missiyası ilə bağlı hazırlanmış hesabatın təqdimatı olub. Qeyd edilib ki, itkin ailələrinin 30 illik intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan Dövlət Komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Sonda Beynəlxalq Komissiya ilə əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see216

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see180

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see142

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri