Icma.az
close
up
RU
İtkin şəhidlərimiz dəfn olunur Fotolar Yenilənib

İtkin şəhidlərimiz dəfn olunur Fotolar Yenilənib

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Muxtar Bayram oğlu Məmmədovun nəşinin qarşılanma mərasimi keçirilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə gətirilib. Doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib. Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.

Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində anadan olub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Murovdağda itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Abbasov Abuzər Tənzil oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Beyləqan rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Şəhidin nəşi bu gün rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

***

Birinci Qarabağ müharibəsi şəhidi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubada dəfn olunub.

1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra doğma yurdunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Elşən Ərzumanov Qubadakı Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin qardaşına təqdim edilib.

Şəhid Ərzumanov Elşən İsaməddin oğlu 23 aprel 1974-cü ildə Quba şəhərində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 5-də Murovdağ uğrunda gedən şiddətli döyüşlər zamanı itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Miriş Məhəmməd oğlu Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Miriş Rüstəmov naməlum şəhid kimi Füzuli rayonunda dəfn olunmuşdu.

Şəhidlə vida mərasimi ailəsinin yaşadığı evdə keçirilib, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, Ağcabədi Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.

Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş sayılırdı.





































Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri