Icma.az
close
up
RU
İtmiş xəzinə: Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti

İtmiş xəzinə: Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dünya musiqi tarixinin nadir incilərindən olan və İkinci Dünya müharibəsinin xaosu zamanı oğurlanan əfsanəvi skripka - dahi ustad Antonio Stradivarinin əsəri Tokioda tapılıb. Alətin yoxa çıxmasından təxminən 80 il sonra onun izinə Yaponiyada rast gəlinib.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Sözügedən mədəni irsi tapmaq mütəxəssis Karla Şapronun səyləri nəticəsində mümkün olub. O bu hadisədə, demək olar ki, detektiv məharəti nümayiş etdirərək unikal musiqi alətini tanıyıb.

Tanınmış yəhudi ailəsi Mendelson-Bonkeyə məxsus olan skripka italyan ustad tərəfindən 1709-cu ildə hazırlanıb.

Məşhur bəstəkar Feliks Mendelsonla qohumluq əlaqələrinə malik olan ailə skripkanı nəsildən-nəslə ötürərək qoruyurdu. Alət müharibə illərində yoxa çıxdıqdan sonra ailə üzvləri onu illərlə axtarsalar da, tapmayıblar.

Gözlənilməz kəşf Şapronun 2018-ci ildə Yaponiyada keçirilən Stradivari alətləri sərgisinin fotolarını təhlil etməsi nəticəsində baş verib. Sərgidə "Stella" adlı və 1707-ci ildə hazırlandığı iddia olunan skripka nümayiş olunub. Lakin Şapro bu alətin bəzi özünəməxsus xüsusiyyətlərini görüb onun düzgün identifikasiya olunmadığını sezib.

Aparılan dəqiq araşdırma - taxta strukturu, lak və quruluşun unikal xüsusiyyətlərinin təhlili nəticəsində Şapro bu skripkanın əslində Mendelson skripkası olduğunu sübut edib. Görünür, müharibədən sonrakı qarışıqlıq zamanı bir neçə Stradivari alətinin adları səhv salınıb və bu qiymətli alət illər boyunca yanlış ad altında sərgilənib.

Qeyd edək ki, 2021-ci ilə olan məlumata görə, dünyada Antonio Stradivari tərəfindən hazırlanmış təxminən 650 musiqi aləti, o cümlədən 450 skripka qorunub saxlanılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 02:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri