İttifaq sədri: Yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazırıq
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İttifaq sədri yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazır olduqlarını bəyan edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Konüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ekologiya sahəsində atılacaq addımlar üçün motivasiya qaynağı olub:
"Biz təkcə bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğu üçün deyil, ümumiyyətlə, hər il yaşıl dünya naminə görülən işlərə töhfə verməyə hazırıq. Çünki ekoloji sahə bizim üçün prioritetdir. Tullantıların idarə olunması, təkrar emalı, hətta onları əl işinə çevirərək sərgilərdə nümayiş etdirmək fəaliyyətlərimizdən bir qismidir".
V.Əliyev COP29 dövründə aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkürünü bildirib:
"Könüllülərin COP29 dövründə fəaliyyəti əvəzsiz idi. Mən hər bir könüllüyə təşəkkür edirəm".
Baxış sayı:126
Bu xəbər 18 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















