Icma.az
close
up
RU
ITU rəsmisi: Azərbaycan süni intellektin tətbiqi sahəsində regionda lider olmaq üçün ciddi addımlar atır MÜSAHİBƏ

ITU rəsmisi: Azərbaycan süni intellektin tətbiqi sahəsində regionda lider olmaq üçün ciddi addımlar atır MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

WTDC25 konfransına ev sahibliyi edən Azərbaycan uzun illərdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı ilə rəqəmsal inkişaf, standartlaşdırma və innovasiya sahələrində fəal əməkdaşlıq edir. Ölkədə süni intellekt ekosisteminin formalaşdırılması, “Rəqəmsal Azərbaycan” gündəliyinin icrası, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul edilməsi və Süni İntellekt Akademiyasının yaradılması bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. WTDC25 çərçivəsində keçirilən müzakirələr Azərbaycanın regional rəqəmsal transformasiyanın aparıcı ölkələrindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Konfrans süni intellekt, kibertəhlükəsizlik, ağıllı həllər və dayanıqlı rəqəmsal inkişaf sahələrində yeni tərəfdaşlıq əlaqələri üçün geniş imkanlar açır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Cenevrədə yerləşən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya Standartlaşdırma Bürosunun direktor müavini və Tədqiqat qrupları və siyasət departamentinin rəhbəri Bilel Jamoussi deyib. Müsahibəni təqdim edirik.

– Azərbaycanda süni intellektin (AI) tam tətbiqi üçün hansı addımlar atılmalıdır və hazırda regional vəziyyəti necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Azərbaycan süni intellekt sahəsində çox mühüm addımlar atıb. Bu ilin noyabrında ölkənin süni intellekt strategiyasının təsdiqlənməsi böyük irəliləyişdir. Bundan əlavə, AI Akademiyasının yaradılması, eləcə də Bakıda şəhər mobilliyinin yaxşılaşdırılması üçün rəqəmsal əkiz texnologiyasından istifadəyə başlanılması süni intellektin real tətbiqinə doğru atılmış ciddi addımlardır. Azərbaycanı bu liderliyə görə təbrik edirik. Bu prosesin davam etdirilməsi üçün beynəlxalq müzakirələrə, xüsusilə süni intellekt üzrə standartların, idarəetmə mexanizmlərinin və ITU-nun “AI for Good” proqramı çərçivəsində bacarıqlar koalisiyasının formalaşdırılmasına daha aktiv qoşulmaq vacibdir.

Beynəlxalq Telekommunikasiya İttifaqı 80 ildir ki, BMT tərəfdaşları ilə birlikdə süni intellekt üzrə qlobal standartlar, idarəetmə çərçivələri və siyasət tövsiyələri hazırlayır. Bu sahədə insan kapitalının inkişafı da mühüm amildir və görürük ki, Azərbaycan AI Akademiyasını yaratmaqla bu istiqamətdə mühüm addım atıb.

Süni intellekt səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə transformasiyanı sürətləndirə, vətəndaşlara göstərilən xidmətləri xeyli yaxşılaşdıra bilər. Bu baxımdan Azərbaycanda süni intellekt sahəsində irəliləyişlər müsbətdir və ITU ilə tərəfdaşlıq bu prosesin daha da sürətlənməsinə imkan verəcək.

– Süni intellektin müsbət tərəfləri ilə yanaşı, potensial mənfi təsirləri – iş yerlərinin itirilməsi və peşələrin əvəzlənməsi kimi məsələlər müzakirə olunur. Bu kontekstdə AI-ya necə yanaşırsınız və belə risklərin qarşısının alınması üçün hansı tədbirlər görülür?

– Bu, çox vacib sualdır və biz bu sahədə Cenevrədə yerləşən Beynəlxalq Əmək Təşkilatı ilə tərəfdaşlıq edirik. Tədqiqatlar göstərir ki, bəzi peşələr rutin və məlumat əsaslı olduğu üçün süni intellekt tərəfindən əvəz oluna bilər. Lakin digər sahələrdə süni intellekt insan əməyini gücləndirir və daha dəqiq nəticələr əldə etməyə imkan verir.

Məsələn, səhiyyə sahəsində dünyada 1 milyon həkim və tibb bacısına ehtiyac var. Süni intellekt tibbi məlumatların analizi ilə mütəxəssislərin xəstəyə sərf etdiyi vaxtı optimallaşdıra bilir.

Kənd təsərrüfatında süni intellekt daha az resursla daha çox məhsul istehsal etməyə imkan verir. Biz FAO ilə birgə aqrar sahədə süni intellekt standartları və siyasətləri üzərində işləyirik.

Hesabatlar göstərir ki, süni intellekt ümumi nəticədə daha çox iş yeri yaradır: data mərkəzləri, yeni alqoritmlər, süni intellekt üzrə tədqiqat və təlim sahələri əmək bazarında yeni imkanlar formalaşdırır. Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması da insanların bacarıqlarının artırılması baxımından çox vacib addımdır.

Ümumilikdə, süni intellekt iş yerlərinin itirilməsindən daha çox insanların potensialını artıran alət kimi çıxış edir.

– Süni intellekt əmək bazarına və dövlət xidmətlərinə necə təsir göstərəcək?

– Süni intellekt böyük məlumatı analiz etməyə imkan verdiyi üçün vətəndaş xidmətlərini daha fərdiləşdirilmiş və daha səmərəli edir. Bir neçə həftə əvvəl Barselonada keçirilmiş “Smart City World Expo”da biz “Cityverse” – süni intellekt və “metaverse” əsaslı “ağıllı şəhər” konsepsiyasını təqdim etdik.

Bu yanaşma vətəndaşlarla daha interaktiv əlaqəni təmin edir. Ənənəvi veb-səhifə əvəzinə süni intellekt agentləri və çatbotlar vasitəsilə real vaxtda sorğular cavablandırılır, xidmətlər isə daha çevik şəkildə təqdim olunur. Azərbaycanın Bakı üçün rəqəmsal əkiz layihəsi bu sahədə regionda nümunə ola bilər.

– Süni intellekt sahəsində Azərbaycanla əməkdaşlıq planlaşdırılırmı?

– Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində qəbul edilən yeni qətnamələrin çoxu rəqəmsal transformasiya və süni intellektə həsr olunub. Azərbaycan bu müzakirələrdə fəal mövqe nümayiş etdirir. Bu baxımdan əməkdaşlığımızı daha da gücləndirməyi gözləyirik.

Xatırlayırsınızsa, COP29 zamanı Azərbaycan “Green Digital Action” təşəbbüsünü təqdim etdi. Bu təşəbbüsdə dayanıqlılıq, bərpaolunan enerji və yaşıl texnologiyalar əsas yer tutur. Süni intellekt böyük enerji tələb edir və bu səbəbdən COP29-un dayanıqlılıq baxışının WTDC-də aparılan rəqəmsal inkişaf müzakirələri ilə üst-üstə düşməsi Azərbaycanın liderlik rolunu daha da gücləndirir.

Gələn il iyulun 7–dən 10-dək Cenevrədə keçiriləcək “AI for Good Global Summit” çərçivəsində BMT-nin Süni İntellektin İdarəedilməsi üzrə Qlobal Dialoqu təşkil ediləcək. ITU-nun tərəfdaşlığı və dəstəyinilə keçiriləcək və 194 üzv dövlətin qatılacağı bu tədbirdə Azərbaycanın fəal iştirakını və liderliyini görmək istərdik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri