Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dünya İqtisadi Forumu (WEF) ilə birgə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində süni intellektin tətbiqi ilə bağlı layihələr həyata keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən VI Beynəlxalq Süni İntellekt və Böyük Məlumatlar Forumunda bildirib.
"Hazırda WEF ilə birgə bir neçə layihə həyata keçiririk. Azərbaycan WEF-nin Süni İntellektin İdarə Edilməsi Alyansının üzvüdür. Biz müxtəlif istiqamətlərdə işləyirik, o cümlədən energetikada süni intellektin tətbiqi ilə bağlı layihələr üzərində çalışırıq. Eyni zamanda çağrı mərkəzlərində süni intellektdən istifadə edirik", - F.Cəfərov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















