Icma.az
close
up
RU
İTV nin əməkdaşı Kənan M.M. i məhkəmə ilə hədələdi

İTV nin əməkdaşı Kənan M.M. i məhkəmə ilə hədələdi

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-i polisə şikayət edib. 

Axşam.az xəbər verir ki, buna səbəb rejissorun onunla bağlı paylaşımı olub. Belə ki, Kənan A.Muradovun fotosunu yayımlayaraq, onun ünvanına tənqidlər yazıb:

"Ölkədə hər büdcəyə uyğun yaltaq var. Bax, sənə bu lazım idi? Niyə arının yuvasına çöp soxursan? Hamınızın axırına çıxacağam. Nömrəm açıqdır. Sən və sənin kimilər adımı çəkməsin. Get, epizodlarını oyna və pulunu al qoy cibinə".

A.Muradov isə onun statuslarını yayımlayaraq məhkəməyə müraciət edəcəyini bildirib:

"Kənan Mahmudov, (Azərbaycan Respublikasının Konstitusiyanın 32-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155, 156 ,156.1 156.2 maddələrini əsas tutaraq) hüquqlarımı pozaraq şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçadmağınız sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab vermələri üçün addım atmağa məni vadar elədi.

Sərbəst kast rəhbəri olaraq bu neçə ildə sizdən daha çox incəsənət və kino aləmi üçün nəsə bir addım atıb, iş görmüşəm. Siz isə ancaq bu cür ucuz reklama qaçmısınız. Hətta siravi bir vətəndaşın sizin haqqınızda düşüncələrini həzm edə bilməmisiniz. Kütləvi səhnələrdə epizodik rollarda çəkilən dahi aktyorlarımıza qədər dil uzadıb söz atırsınız. Əgər mənim şəklimi paylaşımınızdan silməsəniz, əlimdə olan faktları əsas götürüb sizi məhkəməyə verəcəyəm. Şərh yazanlar haqqında da tədbir görülməsini istəyəcəyəm.

Rejissor olaraq bir iş görün, ondan sonra nəsə tələb edin. Mənim İTV-də rejissor Vüsal Həmdullayevin 20 Yanvar haqqında çəkdiyim video sujet sizin ümumi incəsənət yolunuzdan daha ağır və tutarlıdır".

Qeyd edək ki, aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham edib. A.Muradov isə status paylaşaraq "Şpaqad açaraq gündəm olmaq, incəsənət, kino üçün nəsə eləmək demək deyil. Ona deyən lazımdır ki, TikTok-da canlı açaraq vaxt keçirtməkdənsə, İTV-nin efirində yayımlanan layihələrdən 1 faizini işləmək lazım idi" sözlərini yazıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://axsam.az
archiveBu xəbər 16 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri