Icma.az
close
up
RU
Kənan M.M. i məhkəməyə verir FOTO

Kənan M.M. i məhkəməyə verir FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən polisə şikayət verib. 

Milli.Az xəbər verir ki, buna səbəb rejissorun onunla bağlı paylaşımı olub. 

Kənan Muradovun fotosunu yayımlayıb və ünvanına tənqidlər yazıb:

"Ölkədə hər büdcəyə uyğun yaltaq var. Bax, sənə bu lazım idi? Niyə arının yuvasına çöp soxursan? Hamınızın axırına çıxacağam. Nömrəm açıqdır. Sən və sənin kimilər adımı çəkməsin. Get, epizodlarını oyna və pulunu al qoy cibinə".

Aydın Muradov isə onun statuslarını yayımlayaraq məhkəməyə müraciət edəcəyini bildirib:

"Kənan Mahmudov, (Azərbaycan Respublikasının Konstitusiyanın 32-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155, 156 ,156.1 156.2 maddələrini əsas tutaraq) hüquqlarımı pozaraq şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçadmağınız sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab vermələri üçün addım atmağa məni vadar elədi.

Sərbəst kast rəhbəri olaraq bu neçə ildə sizdən daha çox incəsənət və kino aləmi üçün nəsə bir addım atıb, iş görmüşəm. Siz isə ancaq bu cür ucuz reklama qaçmısınız. Hətta siravi bir vətəndaşın sizin haqqınızda düşüncələrini həzm edə bilməmisiniz. Kütləvi səhnələrdə epizodik rollarda çəkilən dahi aktyorlarımıza qədər dil uzadıb söz atırsınız. Əgər mənim şəklimi paylaşımınızdan silməsəniz, əlimdə olan faktları əsas götürüb sizi məhkəməyə verəcəyəm. Şərh yazanlar haqqında da tədbir görülməsini istəyəcəyəm.

Rejissor olaraq bir iş görün, ondan sonra nəsə tələb edin. Mənim İTV-də rejissor Vüsal Həmdullayevin 20 Yanvar haqqında çəkdiyim video sujet sizin ümumi incəsənət yolunuzdan daha ağır və tutarlıdır".

Qeyd edək ki, Kənan Mahmudov İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham etmişdi. Muradov isə status paylaşaraq "Şpaqad açaraq gündəm olmaq, incəsənət, kino üçün nəsə eləmək demək deyil. Ona deyən lazımdır ki, TikTok-da canlı açaraq vaxt keçirtməkdənsə, İTV-nin efirində yayımlanan layihələrdən 1 faizini işləmək lazım idi" sözlərini yazması tərəflər arasında gərginliyi bir az da artırıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri