Icma.az
close
up
RU
IV Şuşa Media Forumunu əvvəlkilərdən fərqləndirən əsas MƏQAMLAR

IV Şuşa Media Forumunu əvvəlkilərdən fərqləndirən əsas MƏQAMLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-cü ildə ilk dəfə təşkil edilən Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın diqqət yetirdiyi media platformalarından birinə çevrilib. Lakin budəfəki - IV Şuşa Qlobal Media Forumu əvvəlki üç tədbirdən yalnız iştirakçı sayına və ya proqramına görə fərqlənmədi. Əsas dəyişiklik onun mahiyyətində idi.

Əgər ilk forum Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan həqiqətlərini xarici jurnalistlərə yerində göstərmək məqsədi daşıyırdısa, artıq IV Forum tamamilə başqa mərhələyə keçidi nümayiş etdirdi. Şuşa bu dəfə yalnız media nümayəndələrinin toplandığı məkan deyil, qlobal geosiyasi proseslərin müzakirə olunduğu kommunikasiya platforması kimi çıxış etdi. Bu dəyişiklik təsadüfi deyil. Şuşanın missiyası dəyişib Birinci forumun əsas gündəmi işğalın nəticələri idi. İkinci forum dezinformasiyaya qarşı mübarizə və postmünaqişə dövründə medianın roluna həsr olunmuşdu. Üçüncü forum süni intellekt, rəqəmsal transformasiya və yeni media texnologiyalarını ön plana çıxardı. IV Forum isə tamam başqa müstəviyə keçdi.

Artıq müzakirə olunan mövzular Qarabağdan xeyli kənara çıxaraq İran-ABŞ münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, enerji təhlükəsizliyi, Zəngəzur dəhlizi, süni intellekt, informasiya müharibələri və beynəlxalq təhlükəsizlik kimi qlobal gündəliyi əhatə etdi. Bu isə göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, regionun informasiya diplomatiyasının mühüm platformasına çevrilir.

Əslində, Forumun mövzusu da bunu təsdiqləyirdi:

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması".

Bu mövzu hazırkı beynəlxalq şəraitdə təsadüfi seçilməmişdi. Azərbaycan-Ermənistan sülh danışıqları davam edir, eyni zamanda regionun həm şimalında, həm də cənubunda silahlı qarşıdurmalar davam edir. Belə bir şəraitdə medianın üzərinə düşən məsuliyyət əvvəlki illərlə müqayisədə daha böyükdür.

"Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov Modern.az-a açıqlamasında məhz bu məqama diqqət çəkərək bunları deyib:

"Sülhün təşviqində medianın üzərinə xüsusi məsuliyyət düşür. Mətbuat həqiqətin bərpası və etimadın qurulmasında əvəzsiz rola malikdir və bu istiqamətdə aktiv fəaliyyət göstərməlidir".

Bu baxımdan forum təkcə media haqqında tədbir deyildi. Burada medianın beynəlxalq münasibətlərdə siyasi aktora çevrilməsi müzakirə olunurdu.

Forumun əsas hadisəsi: üç saatlıq açıq dialoq

Budəfəki Forumun ən çox müzakirə olunan hissəsi Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə keçirdiyi təxminən üç saatlıq açıq sual-cavab sessiyası oldu. Burada əsas diqqət çəkən məqam vaxtın uzunluğu yox, format idi. Müxtəlif ölkələrdən gəlmiş jurnalistlər əvvəlcədən məhdudlaşdırılmayan mövzular üzrə sərbəst suallar ünvanladılar. Söhbət təkcə Qarabağdan getmirdi. İran-ABŞ qarşıdurması, Rusiya-Ukrayna müharibəsi, Avropa İttifaqı, enerji təhlükəsizliyi, Türkiyə ilə münasibətlər, Zəngəzur dəhlizi, Cənubi Qafqazın gələcəyi və digər həssas mövzular müzakirə edildi. Prezident İlham Əliyevin heç bir qeyd aparmadan bütün sualları cavablandırması xarici media nümayəndələrinin də diqqətindən yayınmadı.

Türkiyənin "Yeşil Iğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş Modern.az-a bildirib ki, dövlət başçısının müxtəlif mövzular üzrə sualları yadda saxlayaraq ətraflı cavablandırması forumun ən yaddaqalan hissəsi idi.

Pakistan TV-nin rəhbəri Adil Şahzeb isə bu formatı "özünəinam və şəffaflığın göstəricisi" adlandırıb.

Əslində, forumun beynəlxalq rezonans doğurmasının əsas səbəblərindən biri də məhz bu açıq dialoq idi.

Qarabağ artıq dağıntılarla deyil, inkişaf modeli ilə təqdim olunur

IV Forumun əvvəlkilərdən ən ciddi fərqlərindən biri də xarici jurnalistlərin Qarabağda gördükləri mənzərə idi. 2023-cü ildə forum iştirakçıları əsasən dağıdılmış şəhərləri, mina təhlükəsini və bərpanın ilk mərhələsini müşahidə edirdilər. Bu dəfə isə mənzərə tamamilə dəyişmişdi:Yeni magistral yollar, tunellər, beynəlxalq hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, Xankəndidə və Şuşada bərpa olunan sosial infrastruktur. Yəni artıq əsas mesaj işğalın yox, "Böyük Qayıdış"ın real nəticələri idi. Bu da Azərbaycanın kommunikasiya strategiyasında yeni mərhələnin başlandığını göstərir. Anar Tahirovun fikrrincə, xarici jurnalistlərin Şuşa və Xankəndiyə səfəri Azərbaycan həqiqətlərinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Media diplomatiyası artıq sistemli xarakter alır

IV Forum yalnız panel müzakirələri ilə yadda qalmadı. Prezident Administrasiyasının rəhbər şəxslərinin, xüsusilə Prezidentin köməkçisi Hikmət Hacıyevin müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri ilə keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan artıq media ilə əlaqələri yalnız forum günləri ilə məhdudlaşdırmır. Bu görüşlər informasiya siyasətinin institusional xarakter aldığını nümayiş etdirirdi. Başqa sözlə, Şuşa Forumu birdəfəlik tədbirdən daha çox davamlı media diplomatiyası mexanizminə çevrilir. Türkiyə mediasının fəallığı yeni tendensiyadır. Budəfəki forumun başqa bir fərqi Türkiyə mediasının əvvəlki illərlə müqayisədə daha fəal iştirak etməsi oldu. TRT, Anadolu Agentliyi, "Yeşil Iğdır", "15 Temmuz", "Pusula" və digər media qurumları forumu geniş işıqlandırdı. Diqqətçəkən məqam ondan ibarətdir ki, onlar yalnız forum haqqında xəbər verməklə kifayətlənmədilər. Qarabağdakı yenidənqurma işləri, Şuşadakı dəyişikliklər, Prezident İlham Əliyevin çıxışı və Azərbaycan-Türkiyə münasibətləri barədə ayrıca reportajlar hazırladılar. Bu, forumun beynəlxalq media üçün informasiya mənbəyinə çevrildiyini göstərən mühüm göstəricidir.

Forumun beynəlxalq çəkisi artır

IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın media nümayəndəsinin iştirak etməsi təsadüfi statistika deyil. Bu, forumun beynəlxalq nüfuzunun hər il artdığını göstərir. Əgər ilk forum daha çox Qarabağla maraqlanan jurnalistləri cəlb edirdisə, bu il iştirakçılar arasında Yaxın Şərq, Avropa, Asiya və Balkan ölkələrinin aparıcı media qurumlarının rəhbərləri də yer alırdı. Bu isə forumun regional tədbirdən qlobal media platformasına çevrilməsi prosesini sürətləndirir.

IV Forum yeni mərhələnin başlanğıcıdır

Dörd forumun müqayisəsi göstərir ki, Şuşa Qlobal Media Forumu hər il həm məzmun, həm də funksiya baxımından inkişaf edir. İlk forum Qarabağ həqiqətlərinin dünyaya çatdırılması missiyasını daşıyırdı. IV Forum isə artıq Azərbaycanın beynəlxalq kommunikasiya strategiyasının əsas platformalarından biri kimi çıxış etdi. Burada yalnız media problemləri deyil, qlobal təhlükəsizlik, regional sabitlik, sülh prosesi və beynəlxalq informasiya siyasəti müzakirə olundu. Bu isə onu göstərir ki, Şuşa artıq sadəcə beynəlxalq media forumunun keçirildiyi şəhər deyil. Şuşa qlobal informasiya müzakirələrinin aparıldığı, Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırıldığı və media diplomatiyasının praktikada tətbiq olunduğu strateji platformaya çevrilməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri