Icma.az
close
up
RU
ŞUŞADAN DÜNYAYA VERİLƏN MESAJ Yadigar Məmmədli: “3 cü Şuşa Qlobal Media Forumunu çox yüksək qiymətləndirirəm”

ŞUŞADAN DÜNYAYA VERİLƏN MESAJ Yadigar Məmmədli: “3 cü Şuşa Qlobal Media Forumunu çox yüksək qiymətləndirirəm”

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırandan sonra bizim mətbuatla bağlı məsələ artıq yalnız daxili deyil, beynəlxalq səviyyəyə çıxıb”
 

İyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başladı. İyulun 21-dək davam edən Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edib. Həmçinin, Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Artıq mediadan bəlli olduğu kimi, Prezident İlham Əliyev də Forumda iştirak edib və bir çox xarici jurnalistlərin suallarını cavablandırıb. Hansı ki, İ.Əliyevin bəzi açıqlamaları hazırda bir çox ölkələrdə nüfuzlu media subyektlərinin gündəm mövzusuna çevrilib. Təbii ki, ən azı bu baxımdan, 3-cü Şuşa Qlobal Media Forumunun ölkəmiz və region üçün əhəmiyyəti çox böyükdür. Ümumiyyətlə, media ekspertləri bu Forum haqda nə düşünür?

Mövzu ilə əlaqədar Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədlinin fikirlərini öyrənməyə çalışdıq.

Y.Məmmədli hesab edir ki, 3-cü Şuşa Qlobal Media Forumunun çox böyük əhəmiyyəti var: “Bilirsiniz ki, bu il Şuşada artıq 3-cü dəfə Qlobal Media Forumu baş tutub. İlk olaraq onu deyək ki, mənim düşüncəmə görə, doğrudan da bu toplantı çox əhəmiyyətlidir. Bundan əlavə, iş elə gətirib ki, 5 ildən bir Milli Mətbuatımızın yubiley illəri də keçirilir. Bu da daha çox 2000-ci ildən başlayıb. Heydər Əliyev o zaman Milli Mətbuatımızın 125 illiyi ilə bağlı jurnalist adlarını, təltifləri təzədən bərpa etdi, yenidən mükafatlar verilməyə başlanıldı. Üzərindən 25 il ötüb, hər dəfə 5 ildən bir yubiley tədbirləri baş tutur. Amma son 3 ildə yubiley tədbirlərinin formatı dəyişib, daha çox beynəlxalq format alıb. Mənə elə gəlir ki, bu, zamana uyğun məsələdir”.

Media eksperti deyir ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırandan sonra bizim mətbuatla bağlı məsələ artıq yalnız daxili deyil, beynəlxalq səviyyəyə çıxıb: “Bu da, daha çox Türkiyə üzərindən jurnalist əməkdaşlığının qurulması ilə müşahidə olunur. Ancaq mənə elə gəlir ki, son 3 ildə - bu il üçüncü dəfə keçirilən Beynəlxalq Forum daha çox cənab Prezidentin verdiyi mesajlarla yadda qalır.

Cənab Prezidentin iştirakı ilə keçirilən bu görüşdə xaricdən gələn çox sayda jurnalistlər olur və onların təkcə medianın inkişafı ilə deyil, ümumiyyətlə, ölkə və regionla bağlı verdiyi mesajlar geniş şəkildə yayılır, əks-səda doğurur. Bu baxımdan, mən Forumu çox yüksək qiymətləndirirəm”.

Yadigar Məmmədli 3-cü Şuşa Qlobal Media Forumunda İlham Əliyevin Ukrayna xalqına müraciətinin əhəmiyyətinə də toxundu: “Qeyd olunduğu kimi, bu il 52 ölkədən 140-a yaxın xarici qonaq iştirak edib. Azərbaycan son illər, məhz 2020-ci ildən artıq yeni ampluadadır. Azərbaycan regionun lider ölkəsidir – müharibədən qalib çıxmış, mühüm nəqliyyat və enerji layihələrinin keçdiyi bir ölkədir. Azərbaycanın bu sahədə reytinqi artıb və onun iştirakı olmayan beynəlxalq layihələr sual altına düşür. Azərbaycan bu məsələlərdə öz mövqeyini bildirir.

Sonuncu görüşdə cənab Prezidentin səsləndirdiyi bəzi fikirlər, xüsusilə Ukrayna ilə bağlı “heç zaman işğalla barışmayın” mesajı beynəlxalq mediada geniş yayılıb və təqdir olunub. Bu, Azərbaycanın cəsarətli və prinsipial mövqeyinin göstəricisidir. Hansı ki, bu, Qərb mətbuatında da çox yayılıb.

Bundan əlavə, Rusiya mediasının son günlərdə Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası da göstərir ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər təsirli olub. Şuşada keçirilən bu tədbirin əhəmiyyəti də ondadır ki, oradan verilən mesajlar həm Azərbaycanın ərazi bütövlüyünü vurğulayır, həm də beynəlxalq ictimaiyyətə ünvanlanır. Bu informasiyaların məhz Şuşadan ötürülməsi də onu göstərir ki, Şuşa Azərbaycanın qədim torpağıdır, bizimdir, hər zaman da bizim olacaq. Bu, bizi istəməyən qüvvələrə də cavab formasıdır. Bu səbəbdən də, beynəlxaq forumlar məhz orada keçirilir”.

Y.Məmmədli sosial şəbəkələrdə 3-cü Şuşa Qlobal Media Forumunun əhəmiyyətini kiçiltməyə yönəlik açıqlamaları da tənqid etdi: “Sosial şəbəkələrlə bağlı onu deyim ki, bu platformalar çox vacibdir. Fikirlərin sərbəst ifadə olunması, operativ informasiya mübadiləsi baxımından sosial şəbəkələr dəyərli vasitədir. Amma burada etik normalara əməl olunmaması, yalan və təxribat xarakterli məlumatların yayılması problemi də mövcuddur. Jurnalistlər üçün bu fikirlər içindən informasiya dəyəri olanları seçmək və araşdırmaq vacibdir.

Ümumiyyətlə, bu cür beynəlxalq forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. Keçmişdə “Bakı prosesi”, “Sivilizasiyalararası dialoq” kimi təşəbbüslər də vardı. Azərbaycan çox böyük tədbirlərə ev sahibliyi edir. Bu sahədə Azərbaycan çox təcrübəlidir. Medianın inkişafına xüsusi təsir göstərir. Hazırda isə Azərbaycan həm COP 29, həm də media sahəsində böyük tədbirlər keçirməyə qadirdir və bu təcrübə artmaqdadır. Bu Forum həm yerli jurnalistlərin inkişafına, həm də medianın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Amma medianın özündə də boşluqlar var – bunlar müzakirə olunmalı, aradan qaldırılmalıdır. Media inkişaf etməlidir və bu inkişafın təməli onun iqtisadi müstəqilliyindən keçir. Reklam bazarı, sərbəst fəaliyyət imkanları yaradılmalıdır.

Sonda da sizi və “Hürriyyət” qəzetini 150 illik Milli Mətbuat yubileyi münasibətilə təbrik edir, uğurlar arzulayıram!”

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri