Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

IV Şuşa Qlobal Forumu Sülhün və qayıdışın təqdimatı...

IV Şuşa Qlobal Forumu Sülhün və qayıdışın təqdimatı...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün dünyanın 54 ölkəsindən gələn 160-dan media nümayəndəsinin iştirakı ilə baş tutan IV Şuşa Qlobal Forumu təkcə  beynəlxalq siyasi problemlərin və medianın fəaliyyət istiqamətlərinin müzakirə olunduğu bir tədbir deyil. Bu həm də 30 il ərzində dünyaya çatdıra bilmədiyimiz həqiqətlərin, obyektiv şəkildə işıqlandırılmasına nail olmadığımız haqq davamızın, öz gücümüzlə qazandığımız qələbənin və doğma torpağa qayıdış hekayəmizin təqdimatıdır. Bu bir xalqın, bir dövlətin illərlə görməzdən gəlinən, beynəlxalq güclərin qarşı çıxdıqları, hədə-qorxu və təhdidlə qarşısını almağa çalışdıqları mübarizəsinin nəticəsidir. 

Xoş gəlmisiniz, bu Şuşadır! Çəkin və  göstərin bu qəhrəmanlıq dastanını... Azərbaycanın igid oğullarının sərt qayalarla dırmanıb bir gecədə azad etdiyi Şuşa indi qlobal tədbirlərin məkanıdır. Qarabağa baxın, Xocalıya, Xankəndinə, Füzuliyə baxın... Qələbə necə qazanılır, qayıdış necə olur, torpağın əsl sahibi qayıdanda mənzərə necə dəyişir, ədalətli sülh nə deməkdir, münaqişəyə necə son qoyulmalıdır, güc və diplomatiya bir yerdə paralel necə tətbiq edilir - bütün bu sualların cavabı vizual olaraq gözünüzün önündədir. 

Şuşa təsadüfi şəhər deyil, dünyada münaqişələrin ədalətli sülhlə bitəcəyinə olan inamın, ümidlərin şəhəridir. 

Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı, jurnalistlərin suallarına verdiyi cavablar bir çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı regiondakı gərgin vəziyyəti, qonşu ölkələrin müharibə şəraitində olmasının Azərbaycan üçün yaratdığı problemləri, ölkəmizi avantüralara çəkmək cəhdlərini, regionda sabitlik üçün verdiyimiz mücadiləni, müxtəlif dövlətlərlə əməkdaşlıq və dostluq münasibətlərini davam etdirmək əzmimizi, qardaş Türkiyə ilə dünyaya dostluq-qardaşlıq nümunəsi göstərməyimizi, əzilən və işğala məruz qalan xalqların yanında olduğumuzu, münaqişələrin bitməsi üçün vasitəçilik təşəbbüslərimizi bir-bir xarici media nümayəndələrinin diqqətinə çatdırdı. 

Prezidentin verdiyi mesajlardan biri də Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğu, regionun ən sabit ölkəsi kimi mühüm logistik imkanlara malik olması , qarşılıqlı əməkdaşlığa və tərəfsizliyə önəm verməsi idi.

Bu gün Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından, qaz ixracatçılarından biri olsa da, buna arxayın olmur, enerji ixracını şaxələndirməyi unutmur və artıq qazımız Suriyaya ixrac olunur. Hətta bu xəttin davamı da nəzərdə tutulur. Bu həm də Qərbə olan inamsızlığın etirafıdır. 
Prezident İlham Əliyev müxtəlif mövzularda sualları cavablandırarkən qlobal güclərlə münasibətdə nə qədər diqqətli və ehtiyatlı davranılmasının vacibliyini də diqqətə çatdırmış oldu. 

Eləcə də Rusiya ilə mübasibətlərin yoluna qoyulduğunu deyən Prezident, Mixail Qusmanla bağlı danışarkən əslində Kremlin Azərbaycana qarşı münasibətində heç nəyin dəyişmədiyini diqqətə çatdırmış oldu. Yəni, Azərbaycanla bağlı bir müsbət suala görə bir agentliyin rəhbəri vəzifədən azad olunursa, digər rusiyalı jurnalistlər də ehtiyatlı olmalıdırlar. Bu Kremlin üzdə normal görünən münasibətinin, alt qatında hansı düşüncələr daşıdığını bildiyimizə işarədir. 
Forumun mövzusu da təsadüfi seçilməyib - "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması". Aydındır ki, bu gün qlobal media böyük güclərin əlində alətə çevrilib. Dünyanın müxtəlif regionlarında gedən münaqişələrdə istisnasız olaraq hansısa böyük gücün və ya güclərin əli var. Belə olan halda onların diqtəsi altında çalışan qlobal media qurumları sülhün təşviqində hansı missiyaya sahib ola bilər, həqiqəti neçə çatdıra bilər? 30 il ərzində Qarabağ həqiqətlərinə qarşı kor olduqları kimi...

Forum 2 gün davam edəcək. Yəqin ki, xarici jurnalistlər Xankəndinə də baş çəkməyə fürsət tapacaqlar. Cəmi 3 il öncəyə qədər terror yuvasına çevrilən bu şəhərdə bu gün xarici jurnalistlər rahat gəzirsə, bu münaqişənin köklü həlli ilə bağlı Azərbaycan təcrübəsinin dünyada nümunə kimi öyrənilməsinə zərurət var deməkdir. 

Nərgiz LİFTİYEVA,

Sitat.info saytının rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 İyul 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri