Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Nüfuzlu beynəlxalq platforma: IV Şuşa Qlobal Media Forumu

Nüfuzlu beynəlxalq platforma: IV Şuşa Qlobal Media Forumu

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şuşada Qlobal Media forumlarının keçirilməsi artıq ənənə halını alıb. İyulun 13-14-də isə növbəti – IV Şuşa Qlobal Media Forumu keçirilib. Forum bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilib. İki gün davam edən forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Eləcə də forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.
Forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı diqqət çəkib. Prezidentin forumda səsləndirdiyi fikirlər yerli media ilə yanaşı, xarici mediada geniş şəkildə işıqlandırılıb.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və politoloqlarla müzakirə edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, Şuşada keçirilən qlobal media forumları artıq ənənə halını alıb və bu il IV beynəlxalq qlobal media forumu keçirildi: “Şübhəsiz ki, bu gün Azərbaycan regional kontekstdə təşəbbüskar ölkədir və regionun gələcəyinin təyin edilməsində çox mühüm rol oynayır. Ona görə də bu, həm də qlobal media mənsublarının diqqətini çəkir və belə forumlarda Azərbaycan Prezidentinin həm regionda, həm də dünyada baş verən hadisələrlə əlaqədar verilən suallara cavabları regional siyasətin proqnozlaşdırılması və öyrənilməsi üçün böyük maraq kəsb edir”.

“Regional inteqrasiya üçün fərqli tarixi mərhələdəyik”

Deputat söyləyib ki, forumda moderatorun qısa təqdimatından sonra Azərbaycan Prezidenti sualları cavablandırıb: “Azərbaycan Prezidenti bu gün daha çox sülh mesajları verir, son 6 ildə sülhlə bağlı Azərbaycanın hansı addımları atdığına, həmçinin kommunikasiyaların yaradılmasına, regionun tranzit coğrafiyaya çevrilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətə diqqət çəkir. Azərbaycan Prezidenti maraqlı bir ifadə işlətdi ki, biz həm də tranzit ölkəyə çevirilirik, amma hər hansı bir ölkə tranzit ölkəyə öz-özünə çevrilmir. Bunun üçün ilk növbədə qonşularla münasibət yaranmalıdır ki, sizdən keçən xəttlər, kommunikasiyalar, strateji layihələr qonşu ölkələrdən də keçərək başqa bir ölkəyə çatsın. Mənə elə gəlir ki, bu məsələ təkcə dünənin məsələsi deyil, bu günün, həm də gələcəyin məsələsidir. Çünki Azərbaycan uzun illərdir belə layihələr üzərində işləyir. Regional inteqrasiya üçün bu gün tamamilə fərqli tarixi mərhələdəyik”.

“Prezidentin fikirləri uzun müddət diqqət mərkəzində olacaq”

H.Babaoğlu Azərbaycan Prezidentinin forumda Avropa Şurası ilə bağlı məsələlərə toxunduğunu vurğulayıb: “Prezident yenə Avropanın selektiv siyasətindən danışdı. Eyni zamanda, 907-ci düzəlişin ləğv olunması ilə bağlı fikirlər səsləndirdi. Düşünürəm ki, Azərbaycan Prezidentinin forumda səsləndirdiyi fikirlər uzun müddət regional və qlobal medianın diqqət mərkəzində olacaq”.

Nüfuzlu beynəlxalq platforma

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, Şuşa Qlobal Forum bu gün artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib: “Hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır. Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmin bariz göstəricisidir. Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri beynəlxalq diqqəti çox cəlb etdi. Bunlar təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulardır. Eyni zamanda, iqtisadi əməkdaşlığın davamlı sülhün əsaslarından biri kimi təqdim edilməsi də mühüm mesajdır. Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir”.

Həqiqət, dialoq və etimad

P.Vəliyevanın sözlərinə görə, Prezidentin çıxışında Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu: “Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. O qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır. Prezidentin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi. Məncə, builki forumun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir. Forum göstərdi ki, məsuliyyətli media yalnız hadisələri işıqlandırmır, eyni zamanda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dezinformasiyanın qarşısının alınmasına və etimadın bərpasına mühüm töhfə verir. Bununla yanaşı, forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviq olunduğu mühüm platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi”.

“Prezident hər il bu platformadan çox mühüm mesajlar səsləndirir”

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, Şuşa Qlobal Media Forumu artıq çox ciddi ənənəvi beynəlxalq hadisəyə, eləcə də Azərbaycanı dünyaya tanıdan, onun maraqlarını dünyaya təqdim edən önəmli bir platformaya çevrilib və Azərbaycan Prezidenti hər il bu platformadan çox mühüm mesajlar səsləndirir: “Bu mesajlar sırasında Mərkəzi Asiya və türk ölkələri ilə münasibətləri xüsusi vurğulayıb. Azərbaycan bu qardaş ölkələrlə münasibətlərini yüksək səviyyədə inkişaf etdirir. Azərbaycanın bu istiqamətdəki siyasəti bu ölkələrlə münasibətləri hər ay, hər il yeni platformaya çıxarılması ilə nəticələnir. Məhz Azərbaycanın fəal siyasəti nəticəsində Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatında sıx birləşiblər. Bu cür münasibətlərin dünyada analoqu yoxdur. Dünyada elə bir dövlətlər yoxdur ki, bu şəkildə münasibətləri olsun. IV Şuşa Qlobal Media Forumunda da Prezident bu istiqamətdə önəmli mesajlar səsləndirdi. Hesab edirəm ki, bu məqamlar diqqəti xüsusilə cəlb etməli məsələlərdir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 İyul 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see688

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see489

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see283

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see281

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see267

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see264

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see252

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see251

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see250

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see249

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see239

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see234

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see230

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see229

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see225

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see225

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see218

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see217

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri