İvana Jivkoviç Prezidentin xüsusi nümayəndəsi və ANAMAnın sədri ilə mina problemini müzakirə edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.
Bu barədə BMT-nin rəsmisi sosial şəbəkədə bildirib.
"Səfir Elçin Əmirbəyova COP29 çərçivəsində gözəl görüş üçün təşəkkür edirəm. BMTİP Karbonun Açıqlanması Layihəsinin (CPD) hazırlanması, habelə yaşıl keçid və minalarla mübarizə planlarının vaxtında müzakirəsi aparılıb", - dünya təşkilatının nümayəndəsi qeyd edib.
Eyni zamanda, ANAMA İH-in sədri ilə görüşə toxunan Jivkoviç "birlikdə Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətdə innovasiyaları inkişaf etdirdiklərini" vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 15 Noyabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















