Icma.az
close
up
RU
“İxrac icmalı”nın avqust sayı dərc olunub

“İxrac icmalı”nın avqust sayı dərc olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%, spirtli və spirtsiz içkilər isə 3,0% artıb.

2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında   şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (37,2 milyon ABŞ dolları) ikinci,   polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 731,7 milyon ABŞ dolları, Türkiyəyə 390,6 milyon ABŞ dolları, Gürcüstana 328,1 milyon ABŞ dolları, İsveçrəyə 251,6 milyon ABŞ dolları, Ukraynaya isə 85 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin iyul ayında Rusiya Federasiyasına 135,5 milyon ABŞ dolları, Gürcüstana 48,3 milyon ABŞ dolları, Türkiyəyə 39,8 milyon ABŞ dolları, İsveçrəyə 37,7 milyon ABŞ dolları, İspaniyaya isə 19,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2026-cı ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "Afa Export" MMC. 

Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ASC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC. 

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərilib. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,9 milyon ABŞ dolları ilə Lüksemburq, 730,3 min ABŞ dolları ilə Türkiyə, 669,3 min ABŞ dolları ilə Pakistan və 382,5 min ABŞ dolları ilə Misir qərarlaşıb.

İxrac icmalı ilə yaxından tanış olmaq üçün link:

https://ereforms.gov.az/files/review/pdf/az/94552cfa40900fead4b22fee06a7418c.pdf 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri