İxrac puluna görə həbs edilən sahibkarlarla bağlı yeni xəbər Dövlət başçısı yanında məsələ müzakirə edilib
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Vəsaiti ölkəyə gətirməyən iş adamlarına qarşı açılan cinayət işləri ilə bağlı məsələ dövlət başçısı səviyyəsində müzakirə edilib. Gələn ildən yeni yanaşma tədbiq olunacaq. Ciddi araşdırma olmadan heç kəs təqib edilməyəcək.
Azpost bildirir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla keçirdiyi görüşdə bildirib. İqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı görüşdə sual ünvanlayıb.
Mərkəzi Bankın sədri suala cavabında deyib ki, məsələ Prezident səviyyəsində qaldırılıb.
“Taleh müəllim dedi ki, bu məsələ dövlət rəhbəri səviyyəsində qaldırılıb, müzakirə edilib. Gələn ildən yeni yanaşma tədbiq olunacaq, ciddi araşdırma olmadan heç kəs təqib edilməyəcək”.
Qeyd edək ki, Baş Prokurorluq kənd təsərrüfatı məhsullarının ixracından gələn külli miqdarda pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib. Onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.Mərkəzi Bankın sədri ilə tanınmış iqtisadçı ekspertlərin görüşü 4 saat çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















