Icma.az
close
up
RU
İxtisas seçimi zamanı təhsil haqqını da unutmayın Ekspertdən MƏSLƏHƏT

İxtisas seçimi zamanı təhsil haqqını da unutmayın Ekspertdən MƏSLƏHƏT

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.

Bəs, abituriyentlər bu seçimdə nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik baza əsasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi mərhələsi başlanır:

"Bu proses sentyabr ayının 3-nə qədər davam edəcək. Burada abituriyentlər diqqətli olmalıdırlar. Onlar daha real qəbul imkanları olan ixtisaslara, hansı istiqamətdə qəbul şansları yüksəkdirsə, həmin ixtisaslara üstünlük verməlidirlər. Əsasən əmək bazarı araşdırılmalıdır. Daha çox əmək bazarında tələb olunan ixtisas istiqamətlərinə üstünlük verilməlidir, istər ali təhsil müəssisələrinə qəbulda, istərsə də orta ixtisas təhsili müəssisələrinə qəbulda. Əsas perspektivli sahələr informasiya texnologiyaları yönümlü, kompüterlə bağlı sahələr, o cümlədən iqtisadi və tibbi ixtisaslardır. Xüsusilə də kənd təsərrüfatı yönümlü ixtisaslara üstünlük verməlidirlər. Çünki hazırda ölkəmizdə kənd təsərrüfatı istiqamətində əmək bazarında kadrlara kifayət qədər ehtiyac var. Ona görə də həmin sahələr üzrə təhsil alanların gələcəkdə iş imkanları daha yaxşı ola bilər. Eyni zamanda, illik təhsil haqqı məsələsini də mütləq diqqətə almalıdırlar. Əgər ödəyə bilməyəcəkləri məbləğdə illik təhsil haqqı varsa, maksimum təhsil haqqı olan ixtisasları deyil, imkanları daxilində olan minimum təhsil haqqını əsas götürərək prosesdə iştirak etməlidirlər".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri