İyirmi nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil alacaq
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi çərçivəsində ümumilikdə 20 nəfər Azərbaycan vətəndaşı 2026-2027-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Çin tərəfinin yekun qərarına əsasən, namizədlər Şanxay Jiao Tonq Universiteti, Şanxay Universiteti, Zhejiang Universiteti, Çin Neft Universiteti, Pekin Texnologiya Universiteti, Pekin Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində hüquq, neft və qaz mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və menecment, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alacaqlar.
Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 18 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 İyul 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















