Icma.az
close
up
RU
İyulun 30 da BMT nin iki əlamətdar günü qeyd olunur

İyulun 30 da BMT nin iki əlamətdar günü qeyd olunur

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Hər il iyulun 30-da dünya ictimaiyyəti BMT-nin iki əlamətdar gününü - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü və Beynəlxalq Dostluq Gününü qeyd edir.

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib. Onun əsas məqsədi insan alveri qurbanlarının vəziyyəti haqqında məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır.

2025-ci ilin “İnsan alveri mütəşəkkil cinayətdir - istismara son” mövzusu diqqətdən kənarda qalan ağır cinayəti, insan alverini vurğulayır. BMqT-nin “İstismarçılığa son qoyaq” kampaniyası bu zorakılığın qurbanlarını cəzalandırmaq deyil, müdafiə etməyə çağırır.

Bütün dünyada insan alveri qurbanları çox vaxt miqrantlar, gənclər və uşaqlar olurlar. Bu kateqoriyadan olan insanlar onlayn fırıldaqlar, narkotik ticarəti və oğurluq kimi cinayətlərə məcbur edilirlər. Onlar qurban kimi tanınmaq əvəzinə, cinayət məsuliyyətinə cəlb edilir və dəstəkdən məhrum olurlar.

BMT-nin məlumatında deyilir: “İnsan alveri korrupsiya və mütəşəkkil cinayətkarlığı da artırır. Cinayətkarlar insan əzabından qazanc əldə edirlər, qurbanlar isə cəza və stiqma ilə üzləşirlər. Bu şəbəkələri dağıtmaq üçün qurbanın şəxsiyyətini müəyyənləşdirməyə və sağ qalanlara yönəlmiş ədalətə diqqət yetirilməlidir. Hökumətlər, vətəndaş cəmiyyəti və beynəlxalq aktorlar güclü müraciət sistemlərini, reinteqrasiya dəstəyini təmin etməli və cəzasızlıq prinsipini dəstəkləməlidir”.

Qeyd edək ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2020-ci il iyulun 22-də imzaladığı Sərəncamına əsasən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı” həyata keçirilib.

Daha bir əlamətdar gün - Beynəlxalq Dostluq Günü Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 3 may 2011-ci il tarixli 65/275 saylı qətnaməsi ilə təsis edilib və hər il qeyd olunur. BMT dövlət qurumlarını, o cümlədən beynəlxalq və regional təşkilatları bu günü konkret ölkənin mədəni ənənələrinə uyğun qeyd etməyə, beynəlxalq ictimaiyyətin səylərinə töhfə verəcək və sivilizasiyalararası dialoqun, həmrəyliyin, qarşılıqlı anlaşmanın və uzlaşmanın təşviqinə yönələcək tədbirlər və təşəbbüslər təşkil etməyə dəvət edir.

BMT-nin bu münasibətlə yaydığı müraciətdə deyilir: “Müharibələr, münaqişələr, qeyri-bərabərlik və qorxudan qaynaqlanan bölünmə səs-küyünün gücləndiyi bir dövrdə dostluğa ehtiyac daha çox hiss olunur. Bu proses ibarəli sözlərlə deyil, daha sakit bir şəraitdə - söhbət, paylaşılan an, bir-birini yad insanlar kimi deyil, insan təcrübəsi vasitəsilə yoldaşlar kimi görməyə hazır olmaqla başlayır.

Builki Beynəlxalq Dostluq Gününü qeyd edərkən xatırladırıq ki, əsl sülh təkcə danışıqlar salonlarında və ya müqavilələr yazmaqla deyil, həm də gündəlik həyatda bir-birimizə bəslədiyimiz etimadla qurulur. Gənclər arasında dostluq xüsusi bir gücə malikdir. O, bizi ayıra biləcək dilləri, inancları və tarixləri arxada qoya bilər. Bu amil bizi mühakimə etməzdən əvvəl dinləməyə, uzaqlaşmaq asan olanda qalmağa dəvət edir. Mədəniyyətlər və icmalar arasında təşviq edildikdə, dostluq həm də barışıq planına çevrilir. Dostluq vasitəsilə biz sadəcə olaraq dünyanı olduğu kimi formalaşdırmağa başlayırıq”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri