İyunda 10 gün istirahət günü olacaq
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il iyun ayında ümumilikdə 10 qeyri-iş günü olacaq.
Turkustan.az xəbər verir ki, 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur və qeyri-iş günüdür. 2026-cı ildə bu tarix bazar ertəsinə təsadüf edir. Bu isə o deməkdir ki, həftəsonu ilə birlikdə 13, 14 və 15 iyun tarixlərini əhatə edən 3 günlük ardıcıl istirahət imkanı yaranır.
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün qeyri-iş günüdür. 2026-cı ildə bu tarix cümə gününə təsadüf etdiyi üçün həftəsonu ilə birlikdə 26, 27 və 28 iyun tarixlərini əhatə edən 3 günlük istirahət imkanı yaranır.
Beləliklə, ay ərzində şənbə və bazar günləri ilə bərabər 10 gün istirahət günü olacaq.
Könül/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 31 May 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















