İzmirdə 23 min işçinin tətili 7 ci günündə davam edir
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İzmir şəhərində Böyükşəhər Bələdiyyəsinə bağlı İZELMAN, İZENERJİ və EGEŞEHİR şirkətlərində çalışan təxminən 23 min işçi, kollektiv əmək müqaviləsindəki anlaşılmazlıq səbəbilə başladığı tətilin 7-ci günündə də etirazlarını davam etdirir.
Redaktor.az xəbər verir ki, İşçilər Kültürparkda yerləşən İzmir Böyükşəhər Bələdiyyəsinin xidmət binasının qarşısına toplaşaraq, üzərində "Sədəqə deyil, kollektiv müqavilə" yazılmış plakat açıblar və müxtəlif şüarlar səsləndiriblər.
Türk-İş Konfederasiyasına bağlı Genel-İş İzmİr 2 Noömrəli Şöbə sədri Ercan Gül media qarşısında etdiyi çıxışda işəgötürən tərəflə danışıqların davam etdiyini bildirib. O, nəticə əldə olunacağı təqdirdə ictimaiyyətin məlumatlandırılacağını vurğulayıb.
Qeyd edək ki, İzmir Böyükşəhər Bələdiyyəsi ilə Genel-İş arasında aparılan kollektiv müqavilə danışıqlarının nəticəsiz qalmasının ardından, həmkarlar ittifaqı 28 may gecəsi tətil qərarı vermişdi.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 İyun 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















