Icma.az
close
up
RU
Janna Skot: Dünyanın bir çox ölkəsi mültikulturalizm sahəsində Azərbaycanın təcrübəsindən nümunə götürə bilər MÜSAHİBƏ

Janna Skot: Dünyanın bir çox ölkəsi mültikulturalizm sahəsində Azərbaycanın təcrübəsindən nümunə götürə bilər MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, Günel Türksoy, AZƏRTAC

ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skot AZƏRTAC-a müsahibə verib. J. Skot müsahibəsində Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanılmasından, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində dövlət səviyyəsində həyata keçirdiyi təşəbbüslərdən, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin qeydiyyata alınmasından danışıb. Müsahibəni təqdim edirik..

- Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Azərbaycanın multikultural dəyərlərin qorunması və təşviqi istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan bu gün dünya miqyasında tolerantlıq və multikultural dəyərlərin inkişafında öncül ölkə kimi tanınır. Bu, yeni siyasət deyil. Əsrlər boyu müxtəlif mədəniyyətlər, dini icmalar Azərbaycanda sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar.1991-ci ildə müstəqilliyin bərpasından sonra Prezident Heydər Əliyev multikulturalizmi dövlət siyasəti kimi Azərbaycan Konstitusiyasına daxil edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da gücləndirilib və cəmiyyətin həyatında möhkəm yer tutub. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışdığı çətin illərdə belə multikulturalizm yalnız dövlətin prioriteti kimi qalmayıb, həm də elmi araşdırmalar, dinlərarası dialoq və xalqın gündəlik həyat tərzi ilə dəstəklənib. Amerika Dini Azadlıqları Mərkəzi son on ildə bu siyasətin real nəticələrini müşahidə etmək imkanı qazanıb və bunu yüksək qiymətləndirir.

- Azərbaycan hökuməti bu günlərdə ABŞ-dan olan Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsini rəsmi şəkildə qeydiyyata aldı. Bu barədə fikirləriniz necədir?

- İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi dünya miqyasında fəaliyyət göstərən, ailə dəyərlərinin möhkəmləndirilməsi, təhsil, humanitar yardım və dinlərarası dialoq sahələrinə diqqət yetirən dini təşkilatdır. Bu istiqamətlər Azərbaycan dövlətinin və cəmiyyətinin prioritetləri ilə tam uzlaşır. Kilsənin özünəməxsus dini prinsipləri olsa da, onun qeydiyyata alınması Azərbaycanın multikulturalizmə və dini azadlıqlara nə qədər sadiq olduğunu göstərir. Azərbaycana əvvəlki səfərlərim zamanı yəhudi, hindu, xristian və digər dini icmaların hörmət, qəbul və dəstək mühitində fəaliyyət göstərdiyinin şahidi olmuşam.

- Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində dövlət səviyyəsində həyata keçirilən təşəbbüsləri necə dəyərləndirirsiniz?

- Azərbaycanın bu sahədə çox güclü modeli var. Cəmiyyətin bütün təbəqələrinin bu prosesə fəal cəlb olunması multikulturalizmin uğurlu tətbiqinin əsas göstəricisidir. Belə iştirak olmasaydı, multikulturalizm, sadəcə, kağız üzərində qalan bir prinsip olardı. Lakin Azərbaycan xalqının iradəsi və sadiqliyi sayəsində bu siyasət dinamik və hərtərəfli şəkildə həyata keçirilir. Bu təcrübə artıq digər ölkələrin də diqqətini çəkir. Zaman keçdikcə daha çox dövlət multikulturalizm siyasətinin daxili sülh və milli təhlükəsizlik üçün strateji əhəmiyyətini anlayacaq. Mən bu prosesə şahidlik etməkdən və Azərbaycanla əməkdaşlıqdan məmmnunam.

ABŞ-da dini azadlıq 250 ildən bəri Konstitusiyada qorunsa da, bu gün işin əhəmiyyəti daha da artır. Azərbaycan dövlətinin Konstitusiyasına multikulturalizm siyasətini daxil etdiyi üçün Heydər Əliyevə təşəkkür edirik. Prezident İlham Əliyevə isə bu siyasəti hətta müharibə dövründə də qoruyub gücləndirdiyi üçün minnətdarıq. Dünyanın bir çox ölkəsi Azərbaycanın təcrübəsindən nümunə götürə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri