Jerom Begən: Fransa ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi üçün birlikdə çalışmalıyıq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paris, 12 noyabr, AZƏRTAC
Fransa ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi üçün birlikdə çalışmalıyıq.
Bu fikri Fransada Azərbaycanın Dostları Assosiasiyasının idarə heyətinin üzvü Jerom Begən AZƏRTAC-a müsahibəsində deyib.
Zəfər Gününün beşinci ildönümü münasibətilə Parisdə “Qələbə ritmləri” adlı musiqi gecəsinə qatılan Begən bildirib ki, mədəniyyət xalqları birləşdirən möhkəm körpüdür.
“Rəqqaslara təşəkkürümü bildirirəm, onlar öz rəqsləri ilə sanki bir xalqın azadlıq ruhunu bizə hiss etdirdilər. Videoçarx vasitəsilə Azərbaycanın dilbər güşələrini virtual ziyarət etdik. Belə tədbirlər olduqca vacibdir. Biz birlikdə Fransa və Azərbaycanı birləşdirən əlaqələri daha da möhkəmləndirməliyik”, - deyə Jerom Begən vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 12 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















