Icma.az
close
up
RU
Jeton sistemi orduda gecikmiş, amma vacib islahatdır Hərbi ekspert

Jeton sistemi orduda gecikmiş, amma vacib islahatdır Hərbi ekspert

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzeyir Cəfərov: “Döyüş şəraitində hər saniyə həlledicidir, yeni sistem həyat xilas edəcək”

Qanunvericiliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə "Şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sherg.az-a açıqlamasında deyib ki, bu qərar ordunun müasir standartlara uyğunlaşdırılması baxımından gecikmiş olsa da, son dərəcə vacib addım kimi qiymətləndirilə bilər. Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ordularında hərbi qulluqçunun şəxsi jetonu onun hərbi geyiminin ayrılmaz elementi hesab olunur:

“Bu nişanlar xüsusilə döyüş və fövqəladə şəraitdə hərbçinin kimliyinin operativ şəkildə müəyyənləşdirilməsi, eləcə də zəruri məlumatların qorunması baxımından ən etibarlı vasitələrdən biridir. İndiyədək bu sahə müxtəlif formalarda tənzimlənsə də, qanunvericilik səviyyəsində vahid jeton sisteminin tətbiqi həm idarəetməni təkmilləşdirəcək, həm də praktiki effektivliyi artıracaq”.

Ekspertin sözlərinə görə, şəxsi jetonların tətbiqi hərbi tibbi xidmətin operativliyinə də birbaşa təsir edəcək: “Döyüş şəraitində yaralanan hərbçiyə yardım göstərilərkən hər saniyə həlledici rol oynayır. Jeton üzərində qan qrupunun qeyd olunması tibb personalına vaxt itirmədən düzgün müdaxilə imkanı yaradır. Bununla yanaşı, ən ağır və qarışıq vəziyyətlərdə belə hərbi qulluqçunun şəxsiyyətinin itirilməməsi, onun taleyi ilə bağlı məlumatların dəqiq aparılması bu sistem vasitəsilə təmin edilir. Bu, eyni zamanda şəhid ailələrinin və yaralıların yaxınlarının vaxtında və dəqiq məlumatlandırılması baxımından da mühüm əhəmiyyət daşıyır, mümkün qeyri-müəyyənliklərin qarşısını alır.”

Ü. Cəfərov qeyd edib ki, jeton sisteminin üstünlükləri təkcə döyüş dövrü ilə məhdudlaşmır: “Şəxsi jeton hərbi qulluqçunun bütün xidmət dövrü ərzində onun daimi müşayiətçisidir. Bu nişanların hazırlanması, onların itirilməyən və yanmayan materiallardan olması hərbçinin fərdi kimliyinin hər bir halda sığortalanması deməkdir. Milli Məclisdə qəbul ediləcək bu dəyişiklik hərbi idarəetmənin təkmilləşdirilməsi və hər bir əsgərimizin şəxsi məlumatlarının dövlət səviyyəsində daha ciddi uçota alınması yolunda atılmış mühüm addımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri