Icma.az
close
up
RU
“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi

“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.

“Washington Post”un İsrail və Azərbaycanla bağlı düşməncəsinə yazılarına son qoyulmalıdır” başlıqlı məqalədə adıçəkilən qəzetdə son vaxtlar sözügedən ölkələrə münasibətdə qərəzli məqalələrin dərci məsələsinə toxunulub.

Qeyd olunub ki, İsrail “Washington Post”un hücum etməyə aludə olduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzli tənqidinə tuş gəlib. Ölkəmizə qarşı irəli sürülən həqiqətə zidd ittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regionda oturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə və başqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir. Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəst fəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyük ehtiram mövcuddur.

Müəllif “Washington Post”u Azərbaycana hücum etməkdənsə, insan hüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalq terrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu qəbildən addımları ilə “Washington Post” ABŞ-ın müttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğunu nümayiş etdirib.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Washington Post” bu məsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentində sözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşar arqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Bu, onu göstərir ki, “Washington Post” beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın yanında dayanan və Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllif ABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzli fəaliyyətinə son qoymağa çağırıb.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri