Icma.az
close
up
RU
“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi AZƏRTAC

“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.

“Washington Post”un İsrail və Azərbaycanla bağlı düşməncəsinə yazılarına son qoyulmalıdır” başlıqlı məqalədə adı çəkilən qəzetdə son vaxtlar sözügedən ölkələrə münasibətdə qərəzli məqalələrin dərci məsələsinə toxunulub.

Qeyd olunub ki, İsrail “Washington Post”un hücum etməyə aludə olduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzli tənqidinə tuş gəlib. Ölkəmizə qarşı irəli sürülən həqiqətə zidd ittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regionda oturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə və başqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir. Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəst fəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyük ehtiram mövcuddur.

Müəllif “Washington Post”u Azərbaycana hücum etməkdənsə, insan hüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalq terrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu qəbildən addımları ilə “Washington Post” ABŞ-ın müttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğunu nümayiş etdirib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, “Washington Post” bu məsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentində sözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşar arqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Bu, onu göstərir ki, “Washington Post” beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın yanında dayanan və Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllif ABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzli fəaliyyətinə son qoymağa çağırıb.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri