Icma.az
close
up
RU
“John Deere” şirkətinin aqrar sahəyə marağı artır

“John Deere” şirkətinin aqrar sahəyə marağı artır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə işgüzar səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zaksen ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə “John Deere” şirkəti arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, daxili istehsalın, ixrac imkanlarının və əlavə dəyərin artırılmasını, müasir aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

Çaba Leyko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edərək “John Deere” şirkətinin uzun illərdir yerli tərəfdaşlarla uğurlu əməkdaşlıq etdiyini qeyd edib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında fəaliyyətini daha da genişləndirməkdə və yeni layihələrin icrasında fəal iştirakda maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı pambıqçılıq və taxılçılıqda müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının logistikasının inkişafı, aqrar sahə üzrə peşəkar kadr hazırlığının gücləndirilməsi, texnika parkının müasirləşdirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri