Josep Borrel: Avropa çoxdan dünyanın mərkəzi deyil
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Avropa artıq çoxdan dünyanın mərkəzi deyil, onun hazırkı vəziyyəti kövrəkdir".
Oxu.Az-ın məlumata görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel RNE radiostansiyasına müsahibəsində danışıb.
"Avropalılar dünyanın mərkəzi olduqlarını düşünməyə davam edə bilməzlər, çünki bu belə deyil, biz artıq çoxdan mərkəz deyilik. Biz dünya əhalisinin 5%-ni təşkil edirik, qlobal iqtisadiyyatda çəkimizi itirmişik. Qabaqcıl sahələrdə əhəmiyyətli texnoloji geriliyimiz, çox aşağı doğum səviyyəmiz, çox zəif müdafiəmiz var", - deyə diplomat əlavə edib.
Onun fikrincə, Ukraynada münaqişə Aİ üçün oyanış siqnalı olub.
"Amma söhbət təkcə oyanmaqdan deyil, həm də qalxıb işə başlamaqdan gedir, çünki zəmanə çətindir və Avropanın vəziyyəti kövrəkdir", - deyə Borrel bildirib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:56
Bu xəbər 01 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















