Joze Marten Jan Pyer: Fransa Qvadelupda müstəmləkəçiliyin yaranmasının əsas məsuliyyətini daşıyır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fransa müstəmləkəçiliyin günahkarıdır, baş vermiş cinayətlər tanınmalı və təzminat verilməlidir".
Oxu.Az xəbər verir ki, bu fikri Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş, Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər" adlı beynəlxalq tematik konfransda Qvadelup nümayəndəsi Joze Marten Jan-Pyer deyib.
"Biz bu gün qürurlu bir xalqın təmsilçisi olaraq çıxış edirik. Biz eyni acıları yaşamış, azadlıq və ədalət axtaran xalqların nümayəndəsi kimi buradayıq. Baş vermiş cinayətlər tanınmalı, təzminat verilməlidir. Biz burada ədalət axtarırıq. Bakı Təşəbbüs Qrupuna və Azərbaycan xalqına bizə bu yolda göstərdikləri dəstəyə görə təşəkkür edirik", - deyə o qeyd edib.
Nümayəndənin sözlərinə görə, Fransa Qvadelupda müstəmləkəçiliyin yaranmasının əsas məsuliyyətini daşıyır və bu siyasət nəticəsində yerli əhali ciddi əzab-əziyyətlərə məruz qalıb.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















