Səfir: Efiopiyanın COP32 yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Efiopiyanın Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud bildirib.
O qeyd edib ki, COP32 Azərbaycanla əməkdaşlıq üçün böyük fürsətlər təqdim edir:
"Azərbaycan COP29-u uğurla təşkil etdi və bu çərçivədə güclü institusional potensialı nümayiş olundu. Efiopiya öz növbəsində COP29-da fəal iştirak etdi və dəyərli təcrübə qazandı. Ümid edirik ki, Azərbaycan COP32-də ən yüksək səviyyədə iştirak edəcək və öz təcrübəsini bizimlə bölüşəcək. Efiopiya beynəlxalq konfranslara ev sahibliyi etməkdə xeyli təcrübəyə malikdir və COP32 hazırlıqlarının mərkəzində olacaq Yaşıl İrs Təşəbbüsünə sadiqdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Dekabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















