Icma.az
close
up
RU
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirilib

Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mətbuat Şurasının (MŞ) nəzdində yaradılmış Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirilib. Qeyd edək ki, Şurasının İdarə Heyətinin 18 dekabr 2025-ci il tarixli iclasında formalaşdırılmış mərkəzə rəhbərlik “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevə həvalə olunub.

525.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin məqsəd və məramları barədə söz açıb. O bildirib ki, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmaq, media sahəsindəki ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraka ehtiyac var və mərkəz bu zərurətdən yaradılıb.

Fikrini genişləndirən MŞ sədri, həmçinin, əlavə edib ki, hazırda dünyada söz və ifadə azadlığı ilə əlaqəli məsələlər ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir. Belə durumlarda  jurnalist təşkilatlarının fəallıq göstərmələri mütləqdir. Onların işlərinin sistemləşdirilməsi isə günün tələbidir.

Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin rəhbəri A.Mirzəyev çıxışında qurumun əsas hədəflərindən söz açıb. O bildirib ki, mərkəz sahə üzrə aktivliyin artırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və mövcud resursların daha əlçatan olması üçün zəruri addımlar atmağı planlaşdırır. A.Mirzəyev mövcus sahədəki iş planının ayrı-ayrı detallarını da açıqlayıb.

Jurnalist təşkilatları təmsilçilərinin təkliflərinin və təşəbbüslərinin birgə müzakirəsi ilə davam edən iclasda MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqı və “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İB-nin sədri Müşfiq Ələsgərli, CASCFEN (Orta Asiya-Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi) sədri Nadir İsmayılov, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İB-nin sədri   Qafar Çaxmaqlı, “Baku Network” Ekspert Platformasının direktoru Elçin Ağacanov, “Ruh” Jurnalistlərin müdafiəsi İB-nin sədri Əvəz Rüstəmov, “Regional Medianın İnkişafına yardım” İB-nin təmsilçisi Vəli Turan və digər şəxslər iştirak ediblər.

İclasda o da bildirilib ki, mərkəz digər jurnalist təşkilatlarının quruma qoşulmaları, habelə səmərəli təkliflər vermələri üçün də açıqdır və qurum bütün əlaqədar maraqlı tərəfləri əməkdaşlığa və səyləri birləşdirməyə dəvət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri