Icma.az
close
up
RU
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina Lifti belə yoxdur... FOTO

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina Lifti belə yoxdur... FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.

Avtosfer.az xəbər verir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.

Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir.
Bildirilir ki, bina “Hüquq” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ “Messenat Holdinq Şirkətlər Qrupu”nun tərkibinə daxildir: "Hazırda binanın idarə olunması formal olaraq “Nasim-45” MMC-yə həvalə edilsə də, faktiki idarəetmə “Messenat Holdinq Şirkətlər Qrupu”nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir.

Uzun müddət “Messenat Holdinq”ə Ramiz Mehdiyevin kiçik qardaşı Mais Mehdiyev rəhbərlik edib. Məhz bu dövrdə bina ciddi texniki və konstruktiv qüsurlarla inşa olunub. Tikinti normaları pozulub, liftlər yoxdur, təhlükə qalır".

Şikayətdə vurğulanan əsas problemlərdən biri tikinti normalarının kobud şəkildə pozulmasıdır. Bildirilir ki, binanın 20 mərtəbəsinin hamısı təhlükəsizlik baxımından risk yaradan mişar daşından inşa edilib. Bundan əlavə, binanın 162 və 168 saylı bloklarında yük liftləri ümumiyyətlə quraşdırılmayıb və indiyədək istismara verilməyib.

Bu vəziyyət xüsusilə fövqəladə hallarda ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə xəstəni mənzildən çıxarmaq mümkün olmur. Liftlərin olmaması səbəbindən tibb işçiləri xəstəni pilləkənlərlə aşağı endirməyə məcbur qalırlar ki, bu da həm xəstənin həyatı, həm də tibbi personal üçün böyük riskdir.

Bundan başqa, binada havalandırma sistemi yoxdur, yanğın təhlükəsizliyi tələbləri isə kobud şəkildə pozulub.Sakinlər qeyd edirlər ki, məhz sadalanan problemlər səbəbindən bina 2005-ci ildən 2019-cu ilədək dövlət komissiyasından keçməyib və rəsmi olaraq istismara qəbul olunmayıb. Yalnız Prezidentin 12 fevral 2019-cu il tarixli “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra bina müəyyən qüsurlar üzrə zəmanət aktı təqdim edilməklə istismara qəbul edilib.

Sakinlərin digər ciddi iddiası isə çıxarış məsələsi ilə bağlıdır. Bildirilir ki, hər bir mənzil mülkiyyətçisindən çıxarışın alınması üçün 510 manat məbləğində məcburi “pay haqqı” tələb edilir. Bu məbləği ödəməyən sakinlər illərdir məhkəmələrdə və müxtəlif dövlət qurumlarında süründürülür. Nəticədə, artıq 20 ilə yaxındır ki, bir çox sakinlər mənzillərinə qeydiyyata düşə bilmirlər. Bu isə onların səsvermədə iştirak hüququndan məhrum olunmasına, poliklinika və xəstəxanalarda tibbi xidmət ala bilməməsinə, uşaqların məktəblərə və uşaq bağçalarına onlayn qeydiyyatının mümkünsüzlüyünə səbəb olur.

Şikayətdə maliyyə məsələlərinə də xüsusi yer ayrılıb. Sakinlər bildirir ki, 2005-ci ildən bu günədək toplanan vəsaitlər barədə heç bir rəsmi maliyyə hesabatı təqdim edilməyib. Rəsmi mühasibat uçotu aparılmır, ödənişlər isə santexniklər və fəhlələr vasitəsilə nağd şəkildə yığılır. Aylıq ödənişlər mənzillər üçün hər kvadrat metrə 0,30 manat, qeyri-yaşayış sahələri üçün isə 0,50 manat təşkil edir. Bu da aylıq olaraq yaşayış sahələri üzrə 10 519 manat, qeyri-yaşayış sahələri üzrə isə 10 660 manat olmaqla ümumilikdə 21 179 manat vəsaitin yığılması deməkdir. Buna baxmayaraq, binada nə abadlaşdırma, nə təmir, nə də yaşıllaşdırma işləri aparılır, avadanlıqlara texniki xidmət göstərilmir. Bundan əlavə, binanın parklanma yerləri sakinlərin razılığı olmadan qanunsuz şəkildə icarəyə verilir və bu məqsədlə aylıq 80–100 manat əlavə vəsait toplanır.

Sakinlər daha bir narahatlıq doğuran məqamı da diqqətə çatdırırlar. Bildirilir ki, binanın 3-cü mərtəbəsində naməlum məqsədlərlə konstruksiya quraşdırma işləri aparılıb. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib. Qurum tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə işlərin dayandırılması ilə bağlı məktub göndərilsə də, indiyədək söküntü aparılmayıb.

Eyni zamanda, binanın həyətindəki parklanma sahəsinin uşaq bağçasına verildiyi, ərazidə bağçaya aid oyun qurğularının quraşdırıldığı bildirilir. Bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, sakinlərin şikayətləri cavabsız qalıb.

Məsələ ilə bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışdıq. “Nəsimi 45” MMC-nin sədri Gülnarə Cəbrayılova suallarımızı dinləsə də, cavab olaraq “gözləyin, sizinlə hüquqşünasımız danışacaq” dedi. Lakin hüquqşünas kimi təqdim olunan şəxs telefonu götürdükdən sonra “biz Musavat.com-a heç bir açıqlama vermirik” deyərək telefonu söndürdü.

Nəsimi Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamaq cəhdlərimiz də cavabsız qaldı.

Oxunub 36

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri