Icma.az
close
up
RU
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılır

Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılır

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.

İclasda əvvəlcə MŞ sədrinin İH-nin oktyabrda keçirilmiş son iclasından indiyədək görülmüş işlərə dair məlumatı dinlənilib. R.Məcid bildirib ki, Mətbuat Şurasında ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş 3 jurnalistlə bağlı yubuiley toplantısı keçirilib. Həmçinin, Şura 3 media qurumunun və 1 jurnalistin yubileyi ilə bağlı təbrik, 2 jurnalistin vəfatı ilə bağlı başsağlığı mətni yayıb. Bundan başqa, qurum Azərbaycan jurnalistləri adından 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Noyabrın 7-də Mətbuat Şurası Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirib.

Noyabrın 8-də Türkiyənin Alanya şəhərində Azərbaycan Mətbuat Şurası  ilə Türkiyə Qlobal Jurnalistlər Şurası (Küresel Gazeteciler Konseyi – KGK) arasında əməkdaşlıq protokolu imzalanıb. Bu sənədlə tərəflər media təhsili və peşəkar inkişaf proqramlarının təşkilini, jurnalist mübadiləsini və ortaq təlimlərin keçirilməsini, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin gerçəkləşdirilməsini planlaşdırıblar. Həmçinin, qarşılıqlı səfərlərin, forum və konfransların reallaşdırılması, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas iş istiqamətləri sırasındadır. Ümumən, bu sənəd media əməkdaşlığının institusional əsasda inkişafını, regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksəldilməsini hədəf seçir.

R.Məcid onu da bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkəmizdə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Media Forumunda və “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda, “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda fəal iştirak ediblər.

Şikayətlərin araşdırılması ilə bağlı fəaliyyət

İclasda müzakirəyə çıxarılan ikinci məsələ Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.

Mətbuat Şurasının səyləri ilə şikayətə səbəb olmuş iki məsələ həllini tapıb ki, bu zaman cavabdeh media orqanı narazılıq doğurmuş materialı öz veb-saytından silməyi təklif edib və belə mövqe şikayətçi tərəfindən məqbul qarşılanıb.

S.Məmmədovanın məlumatına görə, Şikayətlər üzrə Komissiyada müzakirə edilən daha bir məsələ üzrə cavabdeh kimi göstərilən media orqanı “Milli TV” “Youtube” kanalının rəhbərinin jurnalist kimi davranmadığını, aşkar tərəf tutduğunu, təqdim etdiyi materialda faktlarla deyil, ümumi ifadələrlə ittiham tonuna üstünlük verdiyini müəyyənləşdirib. Eyni zamanda, “Milli TV” tərəfindən Şuranın Katibliyinin problemin həllinə dair çağırışına zəruri reaksiya göstərilməyib. Buna görə bu media orqanı ilə bağlı Mətbuat Şurasının qərarının qəbulu vacibdir. Daha bir məsələ üzrə isə cavabdeh media orqanının şikayətçi tərəfin mövqeyinin işıqlandırılmasına razı olduğu tərəflər arasındakı mübahisənin aradan qaldırılması baxımından vacib sayılıb.

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub. Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi.

R.Məcid bildirib ki, Prezident İlham Əliyevin fikirləri Mətbuat Şurası qarşısında da məsuliyyət müəyyənləşdirir və Şuranın İdarə Heyəti üzvlərinin təklifləri qurumun bununla bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşdi. Qərara alındı ki, tərkibdə İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün. Qurumun fəaliyyətinə gəlincə, mövcud istiqamətdə konkret iş planı hazırlanacaq və görüləcək işlər dəqiqləşdiriləcək.

Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılması

İclasda bildirildi ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının daha çox beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraklarına ehtiyac var. Çünki söz və ifadə azadlığı ilə əlaqəli məsələlər ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir. Belə durumlarda jurnalist təşkilatlarının fəallığı mütləqdir. Onların işlərinin sistemləşdirilməsi lazımdır. Bu baxımdan Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac var. İclasda məsələ ilə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənildi və təkliflər irəli sürüldü. Qərara alındı ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təqdimatı

Mətbuat Şurasının İdarə Heyətinin son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub. Şura sədri R.Məcid yubiley medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə, həm də milli mətbuatımızın keçdiyi şərəfli yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib və medalı təltif etmək səlahiyyətinə malik Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri